Accessibility links

Ukrayna Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlayacaq


Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenlə keçirdiyi mətbuat konfransında danışır. Kyiv, Ukrayna. 24 fevral, 2024.
Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenlə keçirdiyi mətbuat konfransında danışır. Kyiv, Ukrayna. 24 fevral, 2024.

Avropa İttifaqı Ukrayna ilə üzvlük danışıqlarına başlamağı təsdiqləyib. Prezident Volodimir cümə günü gündəlik xalqa müraciətində deyib ki, danışıqlar gələn həftə başlayacaq.

Ukrayna Rusiyanın 2022-ci ildə hərbi müdaxiləsindən qısa müddət sonra ittifaqın üzvü olmaq üçün müraciət edib.

Aİ-nin danışıqları və yeni üzvü yoxlamaqla bağlı uzun prosesi başlatmaq qərarı Rusiyaya blokun Ukraynanı müxtəlif yollarla, o cümlədən maliyyə baxımından dəstəklədiyinə dair güclü mesaj göndərir.

Ukraynanın qonşusu Moldova üçün də danışıqların aparılacağı Aİ tərəfindən təsdiqlənib.

“Vacibdir ki, Avropa dəyərlərinə həqiqəqtən etiqad edən və Avropanın real gücünə can atan hər bir ölkə, hər bir cəmiyyət, hər bir xalq vahid Avropada bütün başqaları ilə birlikdə olsun,” Zelenski deyib.

Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, Rusiya Birləşmiş Ştatlarla təhlükəsizliklə bağlı danışıqlar aparmağa “hazırdır,” amma qeyd eidb ki, hər hansı danışıqlara Ukraynadakı münaqişə, xüsusilə də ABŞ-ın “birbaşa müdaxiləsi” daxil olmalıdır.

Peskov müxbirlərə telefonla verdiyi brifinqində deyib ki, ABŞ ilə Rusiya arasında bu cür dialoq “çox tələb olunur,” çünki “problemlər üst-üstə yığılır və qlobal təhlükəsizlik memarlığı ilə əlaqəli çox sayda problem var.”

Peskovun bunu ABŞ-la Ukrayna münaqişəsindən ayrı olaraq nüvə riskləri ilə bağlı danışıqlar aparmaq ehtimalına dair sualara cavab olaraq deyib.

Peskovun ABŞ-ın Ukraynaya birbaşa cəlb olunması ilə bağlı şərhlərinə gəldikdə isə, həm Birləşmiş Ştatlar, həm də NATO rəhbəri Yens Stoltenberq Ukraynaya özünü müdafiə etməsi üçün silalar təmin etməyin münaqişəyə “birbaşa müdaxilə”yə bərabər olduğuna dair fikri rədd ediblər.

Bu şərhlər Rusiyanın cümə axşamı Ukrayna boyu enerji obyektlərinə bir sıra raket və dron hücumları edərək, onlara ziyan vurmasından sonra Ağ Evin Ukraynanı güclü hava hücumundan müdafiə raketlərinin tədarükündə ön sıraya çıxaracağını elan etməsindən sonraya təsdaüf edib.

Milli təhlükəsizlik sözçüsü Con Kirbi Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəf alan hücumlarına istinad edərək, cümə axşamı Ağ Evdə müxbirlərə deyib ki, yüzlərlə yeni istehsal olunmuş Patriot və NASAMS raketləri onları sifariş edən ölkələrdən öncə Ukraynaya gedəcək.

Bu arada isə Rusiya Prezidenti Vladimir Putin cümə günü Asiyaya səfəri zamanı Cənubi Koreyaya Ukraynaya silah gndərməsinə qarşı xəbərdalrıq edib.

Cənubi Koreyanın yüksək vəzifəlii rəsmiləri cümə axşamı bildirib ki, bu həftə Rusiya ilə Şimali Koreyanın imzaladığı müharibə zamanı bir-birilərini müdafiə edəcəklərini vəd edən saziş “böyük narahatlıq doğurur” və Seul cavab olaraq, aktiv olaraq münaqişədə olan ölkələrə silah göndərməmək siyasətində dəyişiklik edərək, Ukraynaya silah göndərməyi nəzərdən keçirə bilər.

Putin cümə günü cavab verərək bildirib ki, Cənubi Koreya Rusiyanın Şimali koreya ilə razılığından narahat olmamalıdır. Ancaq o əalvə edib ki, Seulun Ukraynaya silah göndərməsi “çox böyük səhv” ola bilər.

Forum

XS
SM
MD
LG