Accessibility links

İordan çayının qərb sahilində öldürülən İsrail vətəndaşının cəsədi tapılıb


Arxiv- İsrail qüvvələri İordan çayının qərb sahilindəki Qabatiya qəsəbəsində hərbi əməliyyat zamanı öldürülən bir kişinin cəsədini çıxarır. 13 iyun 2024-cü il.
Arxiv- İsrail qüvvələri İordan çayının qərb sahilindəki Qabatiya qəsəbəsində hərbi əməliyyat zamanı öldürülən bir kişinin cəsədini çıxarır. 13 iyun 2024-cü il.

İşğal altında olan İordan çayının qərb sahilində zorakılıqlar artdığı bir vaxta, İsrail ordusunun bildirdiyinə görə, ərazinin şimal hissəsində yerləşən fələstinli qəsəbədə bir İsrail vətəndaşı ölü tapılıb.

Ordu bildirib ki, şəxs Qalqilya qəsəbəsində vurulandan sonra ölüb və İsrail əsgərləri haızrda ərazidə əməliyyat aparır. Şənbə günü edilə bu açıqlama İsrail qüvvələrinin İoran şayının qərb sahilindəki bu qəsəbədə iki militantı öldürməsindən bir gün sonraya təsadüf edib.

İctimaiyyətə əlavə təfərrüatlar açıqlanmayıb.

Oktyabr ayında İsrail-HƏMAS müharibəsi başlayandan sonra İordan çayının qərb sahilində zorakılıqla artıb. Fələstinli səhiyyə nazirliyinin məlumatına görə, o zaman bəri, ərazidə İsrailin açdığı atəş nəticəsində ən azı 549 fələstinli öldürülüb. BMT-nin məlumatına görə, həmin zaman ərazidə İordan çayının qərb sahilindəki fələstinlilər ən azı doqquz israillini, o cümlədən beş əsgəri öldürüb.

İsrail vətəndaşlarının Qalqilya və İordan çayının qərb sahilində Fələstin Milli İdarəsinin nəzarətində olan ərazilərə daxil olması qadağandır.

Aprel ayında 24 yaşlı israilli məskunun ölümü digər məskunların ərazidəki fələstinli ərazilərə bir sıra hücumlarına səbəb olmuşdu. Ordu həmin oğlanın qətlə yetirildiyini bildirmiş, daha sonra onun qətli ilə əlaqədar bir fələstinlini həbs etmişdi.

2014-cü ildə İordan çayının qərb sahilində üç israilli yeniyetmənin qaçırılıb, öldürülməsi gərginliyi artırmış, daha sonra Qəzzada İsraillə HƏMAS arasında 50 günlük müharibəyə səbəb olmuşdu.

Son illərdə İordan çayının qərb sahilinin şimal hissəsində Fələstin Milli İdarəsinin təsir gücü azalıb, militant qruplar isə daha güclənib.

İsrail-HƏMAS müharibəsi oktyabrın 7-də HƏMAS militantları İsrailin cənubuna hücum edərək, 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürəndən sonra başlayıb. İsrail cavab olaraq anklava bombalarla zərbələr endirib, hərbi müdaxilə edərək, Qəzza səhiyyə nazirliyinin məlumatına görə, 37 400-dən çox fələstinlinin ölümünə səbəb olub.

İsrail İordan çayının qərb sahilini, habelə Qəzza zolağı və şərqi Qüdsü 1967-ci il Yaxın Şərq müharibəsinə ələ keçirib. Fələstinlilər həmin ərazilərin ümid bəslədikləri müstəqil dövlətlərinin bir hissəsi olaraq görürlər.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG