Accessibility links

Tofiq Yaqublunun məhkəməsinə gələn 2 fəal cərimə olunub


Tofiq Yaqublunun məhkəməsi
Tofiq Yaqublunun məhkəməsi

İyunun 21-də Bakır Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsinə gələn fəallar saxlanılıb.

Siyasətçinin məhkəməsini izləməyə gələnlərin əksəriyyəti məhkəmə zalına buraxılmayıblar. Məhkəmə prosesi gedən zaman Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əbülfəz İmaməliyev və ictimai fəal Cəmil Hacıyev məhkəmənin qarşısında zorakılıqla polis maşınına mindirilərək saxlanılıblar.

Hər iki fəal Nəsimi Rayonu 22-ci Polis Bölməsinə aparılıblar. Fəallar iyunun 21-də axşam saatlarında cərimələnərək, sərbəst buraxılıblar.

Polis bölməsində fəallar haqqında inzibati protokol tərtib edilib, biri 50, digəri isə 100 manat cərimələnib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG