Accessibility links

HƏMAS-ın media ofisi: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 42 nəfər ölüb


HƏMAS-ın idarə etdiyi dövlət mediası ofisi bildirib ki, İsrailin şənbə günü fələstinli anklavın şimalında Qəzza şəhərinə hücumları nəticəsində ən azı 42 nəfər ölüb.

İsmail Əl-Təvabta Reuters-ə deyib ki, İsrailin Əl-Şatidə evlərə bir, Qəzza zolağının səkkiz tarixi qaçqın düşərgələrinə bir başqa hücumunda 24 nəfər ölüb. Daha 18 fələstinli Əl-Tuffah məhəlləsinə hücum nəticəsində həlak olub.

İsrail ordusu qısa açıqlamaya yayaraq, bildirib ki, “Bir müddət öncə İsrail Müdafiə Qüvvələrinin döyüş təyyarələri Qəzza şəhərinin ərazisində hərbi infrastruktur obyektini vurub.”

Ordu yaxında daha çox təfərrüatın açıqlanacağını bildirib.

HƏMAS İsrailin onun hərbi infrastrukturunu vurduğuna dair iddiasını şərh etməyib. Qrup bəyanatında hücumların mülki əhalini hədəf aldığını bildirib və “işğal və onun nasist liderlərinin xalqımıza qarşı törətdikləri pozuntuların əvəzini ödəyəcəklər”inə söz verib.

Reuters-in əldə etdiyi görüntüdə onlarla fələstinlinin dağılan evlərin arasında qurbanları axtarmağa çalışdıqları göstərilib. Görüntüdə Şati qaçqın düşərgəsində dağılmış evlər, partladılmış divarlar, qalıntılar və tozun küçəni doldurduğu əks olunub.

İsrailin Qəzzada hava və qurudan apardığı hərbi kampaniya HƏMAS-ın başçılıq etdiyi mulitantların oktyabrın 70də İsrailə hücum edərək, 1200 nəfəri öldürüb, 250-dən çox insanı girov götürməsindən sonra başlayıb.

Hücum nəticəsində Qəzza dağılıb, fələstinli səhiyyə rəsmilərinin məlumatına görə, 37 400-dən çox insan ölüb ki, onların 101 son 24 saatda öldürülüb, bütöv əhali evsiz və yoxsul qalıb.

Səkkiz aydan çoxdur davam edən müharibədə İsrailin hücumunun hədəfində qüvvələrinin hələ ki, ələ keçirmədiyi iki ərazi, cənubdakı Rəfah və mərkəzdə Deir Əl-Balahı əhatə edən ərazi var.

Sakinlər bildirib ki, İsrail tankları son günlərdə Rəfaha müdaxiləni gücləndirib. Şənbə günü İsrail qüvvələri bir neçə əraziyə hava və qurudan zərbələr endirərək, humanitar zona olaraq təyin edilən ərazilərdə yaşayan bir çox ailəni şimala doğru qaçmağa vadar edib.

İsrail ordusu qüvvələrinin Rəfahda "dəqiq, kəşfiyyata əsaslanan" hədəfli əməliyyatları davam etdirərək, çox sayda fələstinli silahlını öldürdüyünü və hərbi infrastrukturu dağıtdığını bildirib.

Cümə günü Qəzzanın səhiyyə nazirliyi bildirib ki, Rəfahın qərbindəki Məvasidə ən azı 25 fələstinli öldürülüb, 50 nəfər yaralanıb. Fələstinlilər deyib ki, didərgin düşən ailələrin qaldığı çadıra tankdan atəş açılıb.

İsrail ordusu insidentlə bağlı araşdırma aparıldığını bildirib. “İlkin araşdırma İsrail Müdafiə Qüvvələri tərəfindən Əl-Məvasi Humanitar əraziyə zərbənin endirildiyinə dair əlamətin olmadığını göstərir,”o bildirib.

Forum

XS
SM
MD
LG