Accessibility links

Təbrizdə Məryəm Bayramiyan rəsmiləri təhqir etmək ittihamı ilə iki il həbsə məhkum olunub


Məryəm Bayramiyan (Şəkil vəkil Qasım Boedinin X hesabından götürülüb.)
Məryəm Bayramiyan (Şəkil vəkil Qasım Boedinin X hesabından götürülüb.)

Hüquq müdafiəçiləri Təbriz sakini Məryəm Bayramiyanın İran rəsmilərini təhqir etmək ittihamı ilə iki il həbsə məhkum olunduğunu və bir müddətdir şəhərin mərkəzi həbsxanasında saxanıldığını bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrə istinadən, Bayramiyan keçən ilin iyun ayında prezident İbrahim Rəisinin Təbriz səfəri zamanı təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı.

“Məryəm Bayramiyan 8 iyun 2023 tarixində İbrahim Rəisinin Təbrizdə nitq söylədiyi zamana ona etiraz göstərdiyi üçün saxlanılmışdı,” HRA agentliyi bildirib.

Vəkil Qasım Boedinin öz X hesabında paylaşdığı məlumata görə, “Bayramiyan rəsmiləri təhqir etmək və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək ittihamları ilə iki il həbsə məhkum olunub.”

Boedinin yazdığına görə, haqqında heç bir xəbər yayılmayan etirazçı qadın bir neçə aydır Təbriz həbsxanasına göndərilib.

Bayramiyanın 2023 iyun ayında nəzarətə alınmasından sonra müvəqqəti azadlığa buraxılıb və daha sonra məhkum olduğu həbs cəzasını çəkmək üçün yenidən həbsxanaya göndərildiyi təxmin edilir.

Məryəm Bayramiyanın təqribən 45 yaşında və iki uşağın anası olduğu bildirilib.

Forum

XS
SM
MD
LG