Accessibility links

Bu həftə 2024-cü il ABŞ prezident seçkilərinin ilk debatı keçiriləcək


Bu həftə 2024-cü il ABŞ prezident seçkilərinin ilk debatı keçiriləcək
please wait

No media source currently available

0:00 0:02:25 0:00

2024-cü il ABŞ prezident seçkilərinin ilk debatı iyunun 27-də keçiriləcək. Buna baxmayaraq, immiqrasiya və sabiq prezidentin məhkumluğu kimi həssas mövzularda iki namizəd arasında olan mübahisə günü-gündən sərtləşir.

Amerikalılar Donald Trampın məhkumluğunun debat səhnəsindən prezident Co Bayden tərəfindən istifadə edilib-edilməyəcəyini bilmək üçün cümə axşamına qədər gözləməli olacaqlar.

Mitç Landro, Bayden-Harris seçki kampaniyasının həmsədri: “Bu sadəcə Donald Trampı məhkum edilmiş cinayətkar adlandırmaq deyil. Bu, onun davranışı, onun xüsusiyyətlərinə aiddir. Yada salın ki, o, altı dəfə bankrot olub. Bu o deməkdir ki, o yalnız pis biznesmen deyil. O, ətrafında olan və maaşa arxalanan sadə insanları bədbəxt edib.”

Tramp bu ittihamları rədd edir və təqsirli olmağı ilə bağlı münsiflər məhkəməsinin verdiyi qərarı apellyasına edəcəyini vəd edir.

Bayden qarşıdan gələn prezident seçkiləri debatına bağlı qapılar arxasında hazırlaşdığı bir zaman Tramp təşviqat görüşlərinə davam etmək qərarı verib. O, Vaşinqtonda və Filadelfiyada seçicilərlə görüşüb. Tramp debatı səbrsizliklə gözlədiyini gizlətmədi və dəstəkçilərin fikrini öyrənməyə çalışdı.

Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp: “Onunla sərt olub, tarixin ən pis prezidenti olduğunu deyim, yoxsa nəzakətli və sakit olub, onda danışmağa imkan verim? 50-50? Sərt olum.”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp təşviqat görüşündə sənədsiz mühacirlərlə bağlı mövqeyini də səsləndirib.

Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp: “Birinci günümüzdə biz Amerika tarixində ən nəhəng daxili əməliyyata başlayacağıq. Başqa seçimimiz yoxdur.”

Bayden bu yaxınlarda cənub sərhədində sığınacaq presedurları ilə bağlı məhdudiyyətlər tətbiq edib.

Bununla bərabər, o, keçən həftə elan edib ki, ABŞ vətəndaşları ilə nikahı olan sənədsiz mühacirlər üçün vətəndaşlıq üçün yol açacaq. NBC kanalında çıxışı zamanı Bayden kampaniyasının nümayəndəsi indiki duruma görə Trampı və Respublikaçıları günahlandırdı.

Mitç Landro, Bayden-Harris seçki kampaniyasının həmsədri: “Sərhəd problemli vəziyyətdədir. Ölkənin son 20-30 ilində bu belə olub. Co Bayden işə başladığı ilk gündə Konqresə müfəssəl immiqrasiya islahatı təklifini göndərdi. Onlar bununla heç nə etmədilər.”

İyunun 27-də CNN-də keçiriləcək 2024-cü il prezident seçkilərinin ilk debatında immiqrasiya mövzusundan başqa, Bayden və Trampa digər mövzularda da çətin suallar veriləcəyi gözlənilir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG