Accessibility links

Dünyanın tanınmış universitetlərinin alimləri Qubad İbadoğlunun müalicəsi üçün ABŞ Dövlət katibinə müraciət edib


Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)
Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)

Dünyanın tanınmış Harvard, Kolumbiya, Dakota, Yale, Bonn, Nyu York, Oksford, San Xose universitetləri, o cümlədən Türkiyə, Almaniya, ABŞ, İsveçrə, Ukrayna, Venesuela, İran və digər ölkələrdən olan 40-dan çox alim və tədqiqatçı iqtisadçı doktor Qubad İbadoğlunun müalicə üçün ölkədən xaricə buraxılmasına kömək etməsi xahişi ilə iyunun 24-də ABŞ Dövlət katibi Antoni Blinkenə müraciət edib.

Müraciətdə deyilir ki, tanınmış azərbaycanlı iqtisadçı doktor Qubad İbadoğlu 2023-cü il iyulun 23-də Azərbaycanda saxta ittihamlarla həbs edilib və 274 gün acınacaqlı şəraitdə həbsdə saxlanıldıqdan sonra ev dustaqlığına buraxılıb və sonra polisin nəzarətinə verilib.

“Qubad İbadoğlu avqustun 20-də baş tutacaq məhkəmə prosesini gözləyərkən Bakıda polis nəzarəti altındadır. Həbsdə olarkən onun səhhəti pisləşib. Ürəyində aorta damarı kritik səviyyəyə qədər genişlənib və onun həyatı üçün risk hər gün artır. Hazırda onun lazımi və adekvat tibbi yardım almaq imkanı yoxdur. Azərbaycan daxilində təhlükəsiz şəkildə ala bilməyəcəyi tibbi yardıma ehtiyacı var. Onun müvafiq tibbi yardım almaq üçün səyahət icazəsinə ehtiyacı var. Təcili olaraq şəxsi müdaxilənizi xahiş edirik. ABŞ hökumətindən İbadoğlunun səyahət qadağasının aradan qaldırılmasına, onun tibbi müalicəsinə dəstək verməsini xahiş edirik”, elm adamlarının müraciətində deyilir.

İbadoğlu 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı) və 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə həbs edilib.

Bəzi dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.

2024-cü il aprelin 22-də məhkəmə İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.

Mayın 21-də istintaq müddəti avqustun 20-dək uzadılıb. Həbs qətimkan tədbiri polisin nəzarətinə verilmə ilə yüngülləşdirilib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG