Accessibility links

İsrailin hava hücumu nəticəsində HƏMAS-ın siyasi liderinin ailə üzvləri ölüb


Yerli rəsmilər və ailə üzvləri bildirib ki, çərşənbə axşamı İsrailin Qəzzanın şimalına hava hücumu nəticəsində Qətərdə qərargahlanan HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyənin ailəsinin 10 üzvü öldürülüb.

Zərbə Qəzza şəhərinin qərbində Şati qaçqın düşərgəsinə bir evə endirilib.

İsrailin müharibənin əvvəlində başqa zərbələri nəticəsində Haniyənin üç oğlu həlak olmuşdu.

İsrail ordusu bildirib ki, qüvvələri Şati və Qəzzanın şimalında başqa bir ərazidə oktyabrın 7-də İsrailə hücumda iştirak edən HƏMAS militantlarının gizləndiyini bildiridiyi binaları hədəf alan hava hücumları həyata keçirib.

Ən son döyüşlər İsrailin Ali Məhkəməsi ordunun ultra-ortodoks yəhudi seminarının tələbələrini orduya çağırmalı olduğuna dair qərar verməsindən sonraya təsadüf edib.

Çərşənbə axşamı təkdilliklə verilən qərar koalisiyalarında iki ultra-ortodoks partiyalara arxalanan Baş nazir Benyamin Netanyahunun hökumətinə əlavə təzyiq qoyur.

Qəzzada müharibə və İsrailin Livanla sərhəd boyu Hizbullah militantları ilə döyüşləri bu məsələni daha da aktual edib. Belə ki, insanlar seminar tələbələrinə əksər israilli qadın və kişilərdən tələb olunan hərbi xidmətdən yayınmalarına imkan verən istisnaları sual ediblər.

ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi günü İsrail müdafiə naziri Yoav Qallanta Qəzzada HƏMAS-la münaqişənin Livan və Hizbullahı da əhatə edəcək şəkildə genişlənməsinə icazə verməməsi barədə xəbərdarlıq edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Blinken “münaqişənin daha da gərginləşməsinin qarşısının alınmasının və həm israilli, həm də livanlı ailələrin evlərinə qayıtmasına imkan verən diplomatik həllin əldə edilməsinin vacibliyini vurğulayıb.”

Blinken həmçinin Qallantı Qəzzada yardım işçilərini qorumaq üçün əlavə addımlar atmağa çağırıb.

İsrailin müdafiə naziri bu həftə Vaşinqtona səfəri zamanı başqa ABŞ rəsmiləri, o cümlədən müdafiə naziri Lloyd Austin ilə görüşəcək.

Bundan öncə bazar ertəsi Aİ-nin xarici siyasət rəhbəri Cozep Borrel Lüksemburqda müxbirlərə deyib ki, müharibənin yayılma riski hər gün artır.

"Mən düşünürəm ki, təssüf ki, biz çüharibənin genişlənməsi astanasındayıq," Borrel deyib.

O həmçinin deyib ki, humanitar axını asanlaşdırmaq üçün Qəzzada atəşkəsə böyük ehtiyac var və bildirib ki, “Qəzzaya humanitar yardımın çatdırılması qeyri-mümkün olub.”

Qəzzada müharibə HƏMAS-ın oktybarın 7-də İsrailə 1200 nəfərin ölümü, 250 nəfərin girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb. İsrailin Qəzzada əks-hücumu nəticəsində 37 600-dan çox fələstinli ölüb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG