Accessibility links

Şimali Koreya-Rusiya müdafiə paktı Çini narahat edə bilər


Birləşmiş Ştatlar Rusiya və Şimali Koreya arasında yeni qarşılıqlı müdafiə paktını diqqətlə öyrənir və Vaşinqtonun fikrincə, bu, Pxenyana nüvə və uzaqmənzilli raketlərin inkişafı proqramlarında kömək edə bilər.

Müqavilənin imzalanmasından sonra Şimali Koreya ilə onun uzunmüddətli müttəfiqi Çin arasında da gərginlik əlamətləri maşahidə edilir.

Bazar ertəsi Xarici Əlaqələr Şurasında ABŞ-ın Hind-Sakit okean regionunda strategiyasının davam etdirilməsi ilə bağlı əsas çıxışında Dövlət katibinin müavini Kört Kempbell bildirib ki, Çin yəqin ki, Şimali Koreyanın Şimal-şərq Asiyada böhrana səbəb ola biləcək təxribatçı addımlara təşviq ediləcəyindən narahatdır.

“Məncə, Çinin Rusiya ilə Şimali Koreya arasında baş verənlərdən bir qədər narahat olduğunu söyləmək düzgün olardı. Bəzi qarşılıqlı əlaqələrimizdə bunu göstərdilər və biz bununla bağlı müəyyən gərginlik görə bilərik”, Kempbell bildirib.

Kampbell qarşısının alınmasını daha aydın şəkildə artırmaq üçün növbəti addımları müzakirə etmək üçün bazar günü axşam Cənubi Koreya rəsmiləri ilə zəng etdiyini söylədi. “Biz hesab edirik ki, Şimali Koreyanın [Rusiya ilə razılaşmadan] müqabilində nə alacağı ilə bağlı müzakirələr gedir və bu, onun nüvə, uzun mənzilli raketlərin inkişaf planları ilə əlaqələndirilə bilər”, o deyib.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin 20 ildən artıq müddətdə ilk dəfə Pxenyana səfər edib. ABŞ rəsmiləri bildirib ki, onların tərəfdaşlığındakı məhdudiyyətlərə məhəl qoyulmaya bilməz.

Dövlət Departamentinin ikinci rütbəli diplomatı həmçinin Çin və Şimali Koreyanın Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiyanın müdafiə sənayesi bazasını bərpa etmək səylərinə dəstək verməsi ilə bağlı narahatlıqlarını dilə gətirib.

Kempbell deyib ki, Pekinin Cənubi və Şərqi Çin dənizlərində və Çində Renai Jiao və Filippində Ayunqin Şol kimi tanınan İkinci Tomas Şol suları yaxınlığında onun “hərbi təxribatlar” adlandırdığı hadesədən sonra Vaşinqton “çinli həmsöhbətlərini əhəmiyyətli dərəcədə kənara çəkib”.

Bununla belə, o, Vaşinqtonun Manila ilə qarşılıqlı müdafiə müqaviləsinə müraciət edib-etməyəcəyi barədə danışmayıb.

Lakin o, "Mən ictimaiyyət qarşısında spekulyasiya etmək fikrində deyiləm. Deyim ki, biz onun əhəmiyyətini və bu vəziyyətlərə uyğunluğunu ən yüksək səviyyədə davamlı olaraq təsdiqləmişik"deyib.

Keçən həftə Dövlət Departamentinin bildirdiyinə görə, Filippin Xarici İşlər katibinin müşaviri Maria Tereza Lazaro ilə telefon danışığında Kempbell bir daha təsdiqləyib ki, Birləşmiş Ştatlar-Filippin 1951-ci il Qarşılıqlı Müdafiə Müqaviləsinin IV Maddəsi Filippin silahlı qüvvələrinə, ictimai gəmilərinə və ya təyyarələrinə, o cümlədən onun silahlı qüvvələrinə silahlı hücumları əhatə edir.

Forum

XS
SM
MD
LG