Accessibility links

Təbrizdə İnqilab Məhkəməsinə çağırılan dörd siyasi fəal açıq məhkəmə tələb ediblər


Təbrizdə İnqilab Məhkəməsinə çağırılan fəallar (Foto GADTP Instagram səhifəsindən götürülüb.)
Təbrizdə İnqilab Məhkəməsinə çağırılan fəallar (Foto GADTP Instagram səhifəsindən götürülüb.)

Təbrizdə dörd siyasi fəal iyul ayının 6-da İran İnqilab Məhkəməsində keçirləcək olan məhkəmə iclaslarının açıq keçirilməsini tələb ediblər.

İran Azərbaycanı ilə bağlı məlumat yayan veb səhifələr və sosial media kanallarının yaydığı xəbərə görə, Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Əmani Nadarlı və Əlirza Səbri Qazan hazırladıqları birgə müdafiə layihəsində tələblərini məhkəməyə bildiriblər.

Hüquq müdafiəçiləri daha əvvəl dörd fəalın “elektroşok cihazı saxlamaq”, “İslam Cümhuriyyəti nizamına qarşı təbliğat fəaliyyəti”, “daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “ölkəyə müxalif (bölücü) qruplara üzv olmaq”da ittiham edildiklərini bildiriblər.

Şiri, Əhmədzadə, Əmani və Səbrinin iyul ayının 6-da Təbrizdə İnqilab Məhkəməsinin 2-ci şöbəsində hakim qarşısına çıxacaqları gözlənilir.

Bu fəallar 2023-cü ilin may ayında bir neçə digər fəalla eyni günlərdə Təbriz şəhəri və Nadarlı qəsəbəsində nəzarət altına alınıb və həftələrlə təhlükəsizlik qurumunun təcridxanalarında sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Hər dörd fəal haqqında İran məhkəmələrində ayrı işlər açılıb.

Son bir neçə ayda İran Azərbaycanında nəzarət altına alınmış və ya hazırda məhkəmə prosesləri davam edən türk fəalların məhkəməsinin açıq keçirilməsi tələbi ilə kampaniya başladılıb.

Forum

XS
SM
MD
LG