Accessibility links

Ukrayna siyasəti ilə bağlı Bayden və Trampın mövqeləri fərqlidir


Ukrayna siyasəti ilə bağlı Bayden və Trampın mövqeləri fərqlidir
please wait

No media source currently available

0:00 0:03:30 0:00

ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp cümə axşamı debatda qarşılacaqlar. Ukraynada müharibə xarici siyasətlə bağlı əsas suallardan biri olacağı gözlənilir.

Co Bayden və Donald Tramp Ukraynada müharibənin sona çatdırmaq ehtiyacını etiraf edirlər. Amma xarici siyasət ekspertlərinin dediyinə görə, Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında edilməli olan işlər haqda spesifik məlumat vermir.

Sergiy Kudelia, Beylor Universiteti: “O yalnız müəyyən növ görüşlər və danışıqları təşviq edir və Putinlə Zelenski arasındakı danışıqlarda cəlb oluna biləcəyini deyir. Amma gələcək sülh razılaşmasının məqamları haqda heç nə demir.”

Ukraynaya dəstəklə bağlı builki Konqres mübahisələri zamanı Tramp deyib ki, dəstək qrant yox, kredit formasında olmalıdır.

Respublikaçılar partiyasının namizədi Donald Tramp: “Biz bunu hədiyyə kimi yox, müəyyən formada bir kredit kimi görürük. Biz milyardlarla dollar həcmində hədiyyələr verməyə davam edirik.”

Tramp deyir ki, Avropa Ukraynaya köməkdə daha çox pay ödəməlidir. Amma seçildiyi halda Tramp müharibəni uduzan tərəf kimi görünmək istəməyəcək. Bunu ABŞ-ın Ukraynada sabiq səfiri Con Herbst deyir.

Con Herbst, Atlantik Şuranın Avrasiya Mərkəzi: “Biz bilirik ki, Tramp özünü güclü adam hesab edir və adının iflasa uğramış xarici siyasətlə hallanmasını istəmir. Rusiyanın Ukraynada qələbəsi xarici siyasət uğursuzluğu kimi görünəcək.”

Trampın Respubkiçılar partiyası Ukrayna mövzusunda iki yerə bölünüb. Bir qrup müharibəni ABŞ təhlükəsizliyinə böyük hədə, digəri isə diqqət yayındıran bahalı fəaliyyət kimi görür.

Sergiy Kudelia, Beylor Universiteti: “Respublikaçılar partiyasının xarici siyasət isteblişmenti üçün Rusiya zəifləyən gücdür və buna görə də Birləşmiş Ştatların təhlükəsizlik resurslarının tükənməməsi üçün Rusiya-Ukrayna müharibəsi başlanğıcdan mümkün qədər tez həll olunmalı münaqişə idi.”

Prezident kimi Bayden Ukrayna ordusuna beynəlxalq dəstək koalisiyasına 175 milyard dollarlıq dəstəklə liderlik edir. O deyir ki, Amerika ədalətsiz və təhrik edilməmiş aqressiyaya qarşısında nə qədər lazımdırsa, o qədər dayanmalıdır.

ABŞ prezidenti Co Bayden: “Birləşmiş Ştatlar kənara çəkilərsə, Ukraynanı riskə atacaq. Avropanı riskə atacaq. Azad dünya risk altında olacaq və digərlərini bizə zərər verməyə həvəsləndirəcək.”

Bayden ABŞ silahlarından Rusiyanı hədəf almaq üçün istifadə ilə bağlı Ukraynaya tətbiq edilən məhdudiyyətlərin bəzilərini aradan qaldırıb. Bu öhdəlik Baydenin ikinci prezidentlik müddətində də siyasətinin bənzər olacağına, Rusiyaya iqtsadi təzyiqin artırılacağına işarədir. Amerika Katolik Universitetinin professoru Maykl Kimmec.

Amerika Katolik Universitetinin professoru Maykl Kimmec: “Onların xarici siyasətinin seçkilər əsasında kobud formada müəyyən edildiyini demirəm, amma müəyyən limitlər və məhdudiyyətlər mövcuddur. Bayden ikinci prezidentlik müddətində yenidən seçilə bilməyəcəyi üçün daha azad olacaq.”

Namizədlərin Ukrayna mövzudunda fərqlilikləri, onların Rusiya mövqeyindən qaynaqlanır. Tramp Moskva ilə əlaqələrin yaxşılaşdırılmasını, Bayden isə Ukrayana hücum etdiyi üçün Rusiyanı təcridinə davam etmək istəyir.

Forum

XS
SM
MD
LG