Accessibility links

Blinken Qəzzanın müharibədən sonrakı inkişafı üçün plan hazırlanmasının zəruriliyini vurğulayıb


Dövlət katibi Antoni Blinken bazar ertəsi İsrailin müdafiə naziri Yoav Qallant ilə danışıb.

Dövlət Departamentinin görüşün yekunlarına dair bəyanatında deyilir: “O (Blinken) Qəzzada münaqişədən sonra təhlükəsizliyin, idarəçiliyin və yenidənqurmanın gücləndirilməsi istiqamətində davam edən diplomatik səylər barədə nazir Qallantı məlumatlandırıb və bu işin İsrailin təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb”.

Vaşinqton dəfələrlə İsraili Qəzza üçün real müharibədən sonrakı plan hazırlamağa çağırıb və xəbərdarlıq edib ki, bunu etməmək qanunsuzluq və xaosa və anklavda HƏMAS-ın hakimiyyətə qayıdışına gətirib çıxara bilər.

Fələstinlilər daha əvvəl bildiriblər ki, yalnız İsrail işğalına son qoyulması və Fələstin dövlətinin yaradılması sülhə gətirib çıxaracaq.

“O, həmçinin münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının və İsrail və Livan ailələrinin öz evlərinə qayıtmasına imkan verən diplomatik həllin əldə edilməsinin vacibliyini vurğulayıb” - deyə, Dövlət Departamenti əlavə edib.

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada döyüşlərin intensiv mərhələsinin yaxınlaşmasının İsrailə Livanla şimal sərhədində daha çox qüvvə yerləşdirməyə imkan verəcəyi barədə bəyanatları səbəbindən Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.

İyunun əvvəlində Hizbullah ən yüksək səviyyəli komandirinin öldürülməsindən sonra İsrail şəhərlərinə və hərbi hədəflərinə ən ağır raket və pilotsuz təyyarə hücumlarını həyata keçirib.

Qallant Vaşinqtonda prezident Co Baydenin baş köməkçiləri Amos Xoxştein və Brett Makqurk, həmçinin CIA direktoru Bill Burns ilə görüşüb.

Çərşənbə axşamı onun müdafiə naziri Lloyd Austin ilə görüşü planlaşdırılır.

Forum

XS
SM
MD
LG