Accessibility links

Rusiya Ukrayna dronlarının hərbi obyektləri hədəf aldığını deyir


Rusiya çərşənbə günü bildirib ki, Ukrayna dronu Smolensk regionunda hərbi obyektləri hədəf alıb. Ukrayna isə Rusiyanın hava hücumunun Odesada infrastruktura ziyan vurduğunu bildirib.

Rusiya müdafiə nazirliyi Smolensk üzərində Ukraynanın iki dronunu vurduğunu bildirib.

Bölgə qubernatoru Vasili Anoxin Telegramda deyib ki, Ukrayna Vyazemski rayonunda hərbi obyektlərə hücum etməyə çalışıb, və tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

Ukraynanın cənubundakı Odesa bölgəsində qubernator Oleh Kiper çərşənbə axşamı Telegramda yazıb ki, Rusiyanın gecə balistik raketi sənaye obyektində inzibati binanı vurub.

Kiper yaralananların olmadığını bildirib.

ABŞ-Rusiya danışıqları

Rusiyanın ABŞ-ın Ukrayna qüvvələrinə silah tədarükü ilə bağlı şikayətləri fonunda, Rusiya və Birləşmiş Ştatların müdafiə nazirlərinin arasında çərşənbə axşamı nadir telefon danışığı olub.

Pentaqon bildirib ki, müdafiə naziri Lloyd Austin Rusiya müdafiə naziri Andrey Belousov ilə ilk telefon danışığında “Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda, kommunikasiya xəttlərini qorumağın vacibliyini vurğulayıb.” Belousov may ayında Sergey Şoyqunu əvəzləyərək müdafiə naziri olub.

Rusiya müdafiə nazirliyi bəyanatında bildirib ki, iki rəsmi “Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb” və Belousov “Ukrayna Silhalı Qüvvələrinə ABŞ silahlarının davamlı silah tədarükü ilə əlaqədar vəziyyətin daha da eskalasiya etməsinin təhlükələrini qeyd edib.”

Rusiya bazar ertəsi Rusiyanın ilhaq etdiyi Krıma dörd nəfərin ölümü ilə nəticələnən hücum zamanı ABŞ-ın təchiz etdiyi ATACMS raketlərindən istifadəyə etiraz olaraq ABŞ səfirini çağırıb.

Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder bazar ertəsi müxbirlərə deyib ki, Ukrayna “əməliyyat və hədəf baxımından öz qərarlarını” özü verir və Rusiya “minlərlə günahsız ukraynalının ölümü və məhvinə gətirib çıxaran” Ukraynaya hərbi müdaxiləyə görə məsuliyyət daşıyır.

Forum

XS
SM
MD
LG