Accessibility links

Niderlandın Baş naziri Mark Rutte NATO-nun növbəti rəhbəri seçilib


Mark Rutte
Mark Rutte

Çərşənbə günü NATO müttəfiqləri Niderlandın Baş naziri Mark Rutteni NATO-nun növbəti rəhbəri seçib. Belə ki, Ukraynada müharibə onun astanasında yaşanır və ABŞ-ın transatlantik alyansa gələcək münasibətində qeyri-müəyyənlik hökm sürür.

Ruttenin təyinatı bu vəzifəyə yeganə rəqibi Rumıniya prezidenti Klaus İohannisin keçən həftə rəğbət qazana bilməyərək yarışı tərk etdiyini elan etməsindən sonra rəsmiləşib.

“Şimali Atlantika Şurası Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun növbəti baş katibi vəzifəsinə Yens Stoltenberqdən sonra təyin edilməsinə qərar verib. Cənab Rutte 2024-cü il oktyabrın 1-dən,Stoltenberqin alyansın rəhbərliyindəki onillik səlahiyyət müddəti başa çatdıqdan sonra baş katib kimi öz funksiyalarını yerinə yetirəcək”, NATO-nun bəyanatında deyilir.

Keçən il bu vəzifəyə marağı olduğunu bəyan etdikdən sonra Rutte alyansın əsas üzvlərindən, o cümlədən ABŞ, İngiltərə, Fransa və Almaniyadan erkən dəstək alıb. Digərləri, xüsusilə Şərqi Avropa ölkələri, postun ilk dəfə öz bölgələrindən kiməsə verilməsinin lazım olduğunu iddia edənlər daha təmkinli olub. Lakin onlar sonda Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisi və Ukraynanın sadiq müttəfiqi olan Ruttenin arxasına keçib.

Stoltenberq Ruttenin varisi seçilməsini səmimiyyətlə qarşıladığını bildirib.

"Mark əsl transatlantikçi, güclü lider və konsensus qurucudur. Mən bilirəm ki, NATO-nu etibarlı əllərdə təhvil verərərk vəzifədən ayrılıram”, Stoltenberq deyib.

NATO qərarları konsensusla qəbul edir, ona görə də təxminən 14 il baş nazirlikdən sonra Hollandiya siyasətindən ayrılan Rutte yalnız alyansın 32 üzvünün hamısı ona dəstək verdikdən sonra təsdiqlənə bilib.

Rutte NATO-nun birbaşa Moskva ilə müharibəyə cəlb edilməsindən qorunarkən, müttəfiqlərin Ukraynanın Rusiyanın işğalına qarşı mübarizəsinə dəstəyini davam etdirmək problemi ilə üzləşəcək.

O, həmçinin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Ağ Evə qayıda bilməsi ehtimalı ilə NATO-ya skeptik yanaşan Donald Trampla da mübarizə aparmalı olacaq.

Trampın mümkün qayıdışı NATO liderlərini narahat edir, çünki Respublikaçı keçmiş prezident ABŞ-ın alyansın digər üzvlərinə hücuma məruz qaldıqda onlara dəstək vermək istəyini şübhə altına alıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG