Accessibility links

İranın ali lideri prezidentlik yarışındakı yeganə islahatçıya xəbərdarlıq edib


Məsud Pezeşkiyan
Məsud Pezeşkiyan

İranın ali lideri ölkənin qarşıdan gələn prezident seçkilərində yeganə islahatçı namizədə xəbərdarlıq edərək deyib ki, “tərəqqiyə gedən bütün yolların” ABŞ-dan gəldiyinə inanan heç kəs dəstəklənməməlidir.

İranın bir çox siyasətçisi kimi tez-tez məsəllərlə danışan ali ruhani rəhbər Ayətullah Əli Xameneyi özünü keçmiş prezident Həsən Ruhaninin administrasiyasının rəsmilərinə qoşulan 69 yaşlı ürək cərrahı Məsud Pezeşkiyanın namizədliyini birbaşa alt-üst etmiş kimi görünür.

Ruhani İranın dünya gücləri ilə 2015-ci ildə əldə etdiyi nüvə razılaşmasına nail olmağa kömək etmişdi. Məsud Pezeşkiyan digər 5 sətxətt tərəfdarı namizəddən fəqli olataq razılığı dəstəklədiyini bildirib.

Xameneyi cümə günü səsvermədə maksimum fəallığa çağırıb. Analitiklərin fikrincə, səsvermədə Pezeşkian dəstəklənə bilər. Həkimin mitinqləri əsas şəhərlərdə böyük izdiham toplamışdı, baxmayaraq ki, onun namizədliyinin may ayında vertolyot qəzasında həlak və Xameneyinin himayədarı olan mərhum prezident İbrahim Rəisinin yerinə səs verməyə laqeyd ictimaiyyəti sövq etmək üçün kifayət edib-etmədiyii hələ məlum deyil.

“Ölkəmizdəki bəzi siyasətçilər bu və ya digər gücə tab gətirməli olduqlarına inanırlar və məşhur ölkələrə və güclərə sadiq qalmadan tərəqqiyə nail olmaq mümkün deyil. Bəziləri belə düşünür. Yaxud da elə bilirlər ki, bütün tərəqqi yolları Amerikadan keçir. Xeyr, belə insanlar ölkəni yaxşı idarə edə bilməzlər”, Xameneyi şiələrin Qurban bayramı münasibətilə etdiyi çıxışında deyib.

Xameneyinin bir saatlıq nitqində söylədiyi şərhlər gurultulu alqışlarla qarşılanıb və izdiham təkrar-təkrar "Amerikaya ölüm, İsrailə ölüm" şüarları səsləndirib. Xameneyinin çağırışı bu ilin əvvəlində rekord dərəcədə aşağı seçici fəallığının müşahidə olunduğu parlament seçkilərindən sonra səslənib.

Associated Press agentliyi ilə danışan Tehran seçiciləri İranın Qərb sanksiyaları və son illərdə geniş yayılmış hökumət əleyhinə etirazlardan sonra, xüsusən də 2022-ci ildə vəfat edən Məhsa Əmini və qadınların ölkədə məcburi baş örtüyü və ya hicab taxmaqdan imtina etməsi ilə seçkilərə nikbinliklə yanaşdıqlarını deyib.

Kampaniyaya yazılmazdan əvvəl geniş ictimaiyyətə az tanınan Pezeşkiyanın müttəfiqləri arasında nüvə sazişi üzrə danışıqlara rəhbərlik edən keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də var.

Pezeşkiyan İran teokratiyasını içəridən dəyişməyə çalışan tanınmış islahatçıların əvvəlki kampaniyalarının simvollarını qəbul etməyə çalışır. Onun "İran naminə" kampaniya şüarı, dindən çox millətçiliyə çağırış, keçmiş islahatçı prezident Məhəmməd Hatəminin istifadə etdiyi əvvəlki kampaniya şüarını əks etdirir. Pezeşkiaynın yaşıl şarf taxaraq çəkdirdiyi şəkil görünür, özünü 2009-cu ildə İranı mübahisəli səsvermə və qanlı repressiyalardan sonra bürümüş Yaşıl Hərəkat etirazları ilə əlaqələndirməyə çalışır.

Xameneyi qarşıdan gələn seçkiləri İsrail-HƏMAS müharibəsi fonunda Yaxın Şərqdə daha geniş gərginliklə əlaqələndirdiyinə işarə edib.

"İslam Respublikasının düşmənləri var. İslam Respublikasına düşmənlərinə qalib gəlməyə kömək edən bir şey seçkilərdir. Əgər bu seçkilərdə yaxşı fəallıq müşahidə olunsa, bu, İslam Respublikasını qürurlandıracaq”, Xameneyi deyib.

Əgər bütün sərtxətt tərəfdarı namizədlər qalsa, onlar səsləri Pezeşkiana qarşı bölə və bir həftə sonra ikinci səsverməyə məcbur edə bilərl. İran qanunları qalibin bütün səslərin 50%-dən çoxunu almasını tələb edir. Adətən namizədlər son debatdan sonra namizədliyi tərk edir və aydın bir lider ətrafında birləşirlər.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG