Accessibility links

İsrail ordusu İordan çayının qərb sahilində əməliyyat zamanı bir əsgərin öldüyünü bildirib


İsrail ordusu cümə axşamı bildirib ki, İsrailin işğalı altına olan İordan çayının qərb sahilində əməliyyat zamanı bir əsgər öldürülüb, bir digəri ciddi xəsarət alıb.

Əməliyyat Cenində keçirilib ki, şahidlər orada əldə hazırlanan bir partlayıcı qurğunun partladığını bildirib.

İsrail ordusu Cenin və İordan şayının qərb sahilinin başqa hissələrində də müntəzəm olaraq reydlər keçirir. Ordu bunun terror fəaliyyətinin qarşısını almaq məqsədi daşıdığını bildirir. Reydlər İsrailin Qəzza zolağında HƏMAS üzvlərinə qarşı hücumu zamanı da davam edib. İsrail İordan çayının qərb sahilində 1700-dən çox HƏMAS üzvünü həbs etdiyini bildirib.

İsrail ordusu həmçinin cümə axşamı Qəzzanın cənubunda Xan Yunis şəhərinə hava hücumları həyata keçirdiyini bildirib.

ABŞ-ın yardımı

İsrailin müdafiə naziri Yoav Qallant çərşənbə günü bildirib ki, Israilin ABŞ-ın yəhudi dövlətə silah axını ilə bağlı narahatlıqları yatırmaqda “əhəmiyyətli irəliləyiş” əldə olunub.

“Müxtəlif məsələləri, xüsusilə də, qüvvələrin artırılması və sursat təchizatı mövzusunda irəliləyiş əldə etmək üçün maneələr və əngəllər aradan qaldırıldı,” Qallant Ağ Evdə prezident Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivanla görüşdən sonra bildirib.

Bu həftənin əvvəlində Qallant ABŞ Dövlət katibi Antoni Blinken və Müdafiə naziri Lloyd Austinlə də görüşüb.

ABŞ İsrailin əsas silah tədarükçüsüdür, amma son həftələrdə İsrail Baş naziri Benyamin Netanyahu son bir neçə ayda çatdırılma sürətinin azalmasından şikayətlənib. Ağ Ev rəsmiləri Netanyahunun şərhlərindən məəttəl qalıblar.

Ağ Evin bəyanatında deyilir ki, Sallivan “Prezident Co Baydenin İsrailin özünü hərbi baxımdan müdafiə etmək və İranın dəstəklədiyi rəqibləri,” Qəzzada HƏMAS, Livanın cənubunda isə Hizbullah “ilə mübarizə aparmaq üçün lazım olan hər şeyə sahib olmasını təmin etmək öhdəliyini bir daha təsdiqləyib.”

Qəzzada müharibə HƏMAS-ın ötən oktyabr İsrailə, İsrail rəsmilərinin dediiynə görə, 1200 nəfərin ölümü, 250-dən çox insanın girov götürülməsi ilə nəticələnən hücumu səbəb olub. İsrailin Qəzzaya əks-hücumu nəticəsində, ərazinin səhiyyə nazirliyinin məlumatına görə, əksəriyyəti mülki vətəndaş olmaqla, 37 700-dən çox fələstinli öldürülüb ki, onlar arasında minlərlə döyüşcü də var.

Forum

XS
SM
MD
LG