Accessibility links

Zelenski Aİ-nin hərbi yardım vədlərinə əməl etməsini istəyir


Volodymyr Zelenski və Çarlz Mişel
Volodymyr Zelenski və Çarlz Mişel

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Brüsseldə keçirilən Avropa İttifaqı sammitində iştirak edib və orada imzalanacaqları gözlənilən uzunmüddətli təhlükəsizlik sazişinə görə Aİ üzvlərinə təşəkkür edib. O, vəd edilmiş hərbi yardım paketlərini çatdırmağa çağırıb.

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişellə mətbuat konfransı zamanı Zelenski vəd edilmiş hərbi yardıma görə minnətdarlığını bildirib, lakin əlavə edib ki, Ukraynanın xüsusən də hava hücumundan müdafiə sistemi olmaqla, döyüş meydanında ehtiyacları təcilidir.

O, həmçinin Ukraynanın müharibə səylərini dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən təxminən 50 milyard dollar istifadə etmək vədlərinə görə Aİ və Yeddilik Qrupuna təşəkkür edib.

Görüşdən əvvəl Zelenskyy rəsmi X hesabında bəyanat yerləşdirərək, Aİ-yə üzv ölkələrlə, o cümlədən biri Aİ ilə olmaqla, ümumilikdə üç təhlükəsizlik sazişi imzalamağı gözlədiyini deyib.

“İlk dəfə olaraq, bu saziş bütün 27 üzv dövlətin hər hansı daxili institusional dəyişikliklərdən asılı olmayaraq, Ukraynaya geniş dəstək vermək öhdəliyini təsbit edəcək” deyib.

O,Ukraynanın bu həftə başlayan Aİ-yə üzvlük danışıqlarına toxunaraq əlavə edib: “Atdığımız hər addım bizi ümumi Avropa evimizdə sülh və firavanlıq kimi tarixi hədəfimizə yaxınlaşdırır”.

Forum

XS
SM
MD
LG