Accessibility links

Sertifikatlaşmadan keçə bilməyən müəllimlər etiraz edib


Təhsil Nazirliyinin binası qarşısında etiraz (Mənbə: Sosial media )
Təhsil Nazirliyinin binası qarşısında etiraz (Mənbə: Sosial media )

İyunun 28-də təkrar sertifikatlaşmadan keçə bilməyən 50 nəfərə yaxın müəllim Elm və Təhsil Nazirliyinin binası önünə gələrək narazılıqlarını bildirib.

Onların sözlərinə görə, imtahan zamanı kompüterlərdə texniki problemlər olub, vaxt az olub, onlar çox suallara düzgün cavab verib, amma nəticədə az bal yığıblar.

“Mən istəyirəm təzədən imtahan olsun. Bu imtahanda mən şəffaflıq görmədim", Cəlilabad rayonundan olan müəllim Aygün Şükürova qeyd edib.

Onun sözlərinə görə, başqa dolanışığı yoxdur, həyat yoldaşı işləmir, 3 uşağı isə tələbədir.

Etiraz edən müəllimlər onlarla əmək müqaviləyə xitam verilməsini qanunsuz hesab edir və işlə təmin edilmələrini istəyirlər.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi bildirib ki, nazirin müvafiq qərarına uyğun olaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsi, eyni zamanda regional təhsil idarələri və rayon təhsil sektorlarında təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması məqsədilə komissiyalar yaradılıb.

"Komissiyalar 30 iyul tarixinədək fəaliyyət göstərəcək. Hazırda həmin mərkəzlərdə vətəndaşların qəbulu həyata keçirilir. Bu günədək ümumilikdə 2000-dən çox vətəndaş qəbul edilib", şöbənin əməkdaşı qeyd edib.

Nazirlik bildirib ki, sözügedən komissiyalarda hər bir vətəndaşın müraciəti dinlənilir, həssaslıqla yanaşılır, müvafiq qaydada narazılığın araşdırılması təmin edilir.

"Eyni zamanda, sosial həssas əhali qrupuna aid vətəndaşların müraciətləri xüsusi nəzarətə götürülür, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür".

Şöbədən bildirilib ki, təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam prosesi həyata keçirilir.

"Əmək müqaviləsinə xitam veriləcək müəllimlərə əmək qanunvericiliyində nəzərdə tutulan təminatların ödənilməsi həyata keçirilir", məlumatda qeyd edilir.

Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG