Accessibility links

Bayden-Tramp debatı: İqtisadiyyat, immiqrasiya və Ukraynada müharibə diqqət mərkəzində


Bayden-Tramp debatı: İqtisadiyyat, immiqrasiya və Ukraynada müharibə diqqət mərkəzində
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp cümə axşamı bu seçki kampaniyası dövründə ilk debatlarını keçiriblər.

Co Bayden və Donald Tramp hər biri seçicilərə niyə görə növbəti prezident olmalı olduqlarını izah etməyə çalışırdı.

Seçki kampaniyası zamanı Tramp ABŞ iqtisadiyyatının dağılmaqda olduğunu deyib.

CNN-in Atlantada ev sahibliyi etdiyi debatda Tramp deyib ki, onun sözlərilə, Amerika “ciddi şəkildə zəifləyənbir ölkədir”.

O, Baydenin “pis iş gördüyünü deyib. İnflyasiya ölkəmizi öldürür. Bu, bizi tamamilə öldürür”.

Bayden təşviqat kampaniyası zamanı Trampdan miras qalan zəif iqtisadiyyatı dəyişdiyini deyib.

Atlantada debatda Bayden iqtisadiyyatla bağlı hələ çox iş görülməli olduğunu söyləyib.

Bayden administrasiyasının “mətbəx masasında qiymətləri aşağı salmağa çalışdığını və biz bunu etməyə çalışırıq” deyə bildirib.

İctimai rəy sorğuları bu gərgin yarışda iqtisadiyyat və immiqrasiyanın seçicilər üçün əsas məsələlər olduğunu göstərir.

Debat zamanı Tramp deyib ki, Bayden amerikalıları “iş yerlərini tutan” qeyri-qanuni immiqrantlardan müdafiə edə bilməyib.

Tramp deyib ki, Birləşmiş Ştatların “dünyanın ən təhlükəli yeri olan, dünyanın hər yerində ən təhlükəli yer hesab edilən sərhədi var və o onu açıb və bu qatillər ölkəmizə gəlir, qadınlara təcavüz edir və öldürürlər.”

Debat zamanı Bayden seçicilərə Tramp administrasiyasının immiqrant ailələri ayırmaq siyasətini xatırladıb.

Bayden Tramp prezident olanda “körpələri analarından ayırır, qəfəslərə salır, ailələri bir-birindən ayırırdı” deyib.

Ukraynada müharibə ilə bağlı Tramp deyib ki, o, prezident olsaydı Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukraynaya müdaxilə etməzdi.

Tramp bildirib ki, o, “Putin və [Ukrayna prezidenti Voladimir] Zelenski arasında bu müharibəni prezident seçilən kimi həll edəcək. Yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl bu müharibəni həll edəcəm”.

Bayden bildirib ki, Trampın ABŞ müttəfiqlərinə dəstək verməməsi Rusiyanı cəsarətləndirir və Avropada daha geniş müharibə təhlükəsi yaradır.

Bayden deyib ki, Putin “bütün Ukraynanı istəyir. Onun istədiyi budur. Sonra onun orada dayanacağını düşünürsünüzmü? Sizcə, o, Ukraynanı ələ keçirsə, dayanacaqmı? Sizcə, Polşa, Belarus ilə nə olacaq?”

Bu, ABŞ tarixində ən erkən prezidentlik debatı idi. Nə Tramp, nə də Baydenin rəsmi olaraq partiyalarından namizədliyi irəli sürülməyib. Sentyabrda keçiriləcək növbəti debatdan əvvəl seçiciləri onları seçməyə inandırması üçün onların 75 günü var.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG