Accessibility links

Azərbaycanda ABŞ-ın müstəqilliyinin bəyan olunmasının 248-ci ildönümü qeyd edilib


ABŞ-ın müstəqiliyinin bəyan olunmasının 248-ci ildönümü qeyd edilir
ABŞ-ın müstəqiliyinin bəyan olunmasının 248-ci ildönümü qeyd edilir

İyunun 28-də ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin bəyan olunmasının 248-ci ildönümü münasibəti ilə qəbul təşkil edib.

Qəbulda Azərbaycan hökumətinin üzvləri, Milli Məclisin deputatları, siyasi partiya rəhbərləri, ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bildirib ki, demokratik ideal Amerikanın dünyaya hər hansı bir qanun, texnoloji nailiyyət və ya mədəni ixracdan ötə ən mühüm irsidir.

“Bu demokratik ideal möhtəşəmdir. Amma, bu, həm də bizim hələ tam gerçəkləşdirməli olduğumuz istəkdir. Hər bir dürüst müşahidəçi etiraf edər ki, mənim ölkəm digər ölkələr kimi ədalətsizlik, korrupsiya, yoxsulluq və dözümsüzlük önündə bəzən bu idealları tam təmin edə bilmir. Ölkəmizim banilərinin bizə göstərdikləri örnək mükəmməlliyə nail olmaq deyil. Bütün vətəndaşlar üçün azadlıq və hüquqlara dair demokratik idellara sadiq qaldığımızı davamlı olaraq göstərmək öhdəliyidir. İnanıram ki, azərbaycanlılar da bu istəkləri bölüşür”, səfir qeyd edib.

Mark Libbi
Mark Libbi

O, Azərbaycan-Ermənistan sülh gündəliyindən danışarkən deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində tarixi fürsət yaranıb.

Səfir həmçinin Azərbaycan və ABŞ arasında tərəfdaşlığın diqqətəlayiq tarixə malik olduğunu diqqətə çatdırıb.

"Azərbaycan müstəqilliyini yeni qazandıqdan bəri Birləşmiş Ştatlar təhsil və iqtisadi inkişafı gücləndirmək, münaqişədən əziyyət çəkən məcburi köçkünlərə kömək etmək və ölkəni öldürücü minalardan azad etmək üçün 1 milyard dollardan çox vəsait təmin edib. Biz gələcəkyönümlü tərəfdaşlıqlar da axtarırıq. Biz Azərbaycan və region üçün sülh, tərəqqi və təhlükəsizliyi təmin edən daha dərin gələcək tərəfdaşlıq arzu edirik. Bu ay azərbaycanlı tərəfdaşlarımız mənə məlumat verdilər ki, bir neçə həftə əvvəl Rusiya qoşunlarının Azərbaycan ərazilərini tərk etməsindən sonra Sovet İttifaqı dağıldıqdan bəri ilk dəfə ölkə ərazisində xarici dövlətlərin qoşunları yoxdur. Eyni zamanda, Azərbaycan və Ermənistan sərhəd demarkasiyasına başlayıb, saxlanılan şəxslərin mübadiləsinə dair danışıqlar aparıb və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bildiriblər. Birləşmiş Ştatlar da inanır ki, bu diqqətəlayiq addımlar tarixi fürsət pəncərəsi açıb ", o qeyd edib.

Mark Libbinin sözlərinə görə, ABŞ hesab edir ki, Ermənistanla indi imzalanacaq sülh razılaşması misilsiz sabitlik yaradacaq, Azərbaycanın və regionun faydalanacağı ticarət və praktik əməkdaşlığa qapı açacaq.

Səfir onu da vurğulayıb ki, Birləşmiş Ştatlar tərəfləri bu imkandan faydalanmaq üçün həvəsləndirməyə davam edəcək və kömək etmək üçün bacardığı hər şeyi edəcək.

"Biz bu il güclü, strateji mühüm enerji əlaqələrimizin transformasiyasının da şahidi oluruq. ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliyində Amerika Bakı-Tbilisi- Ceyhan və Cənub Qaz Dəhlizinin konsepsiyası, inşası və əməliyyatına vacib dəstək göstərib. Bu layihələr bizim ən valehedici, ortaq nailiyyətlərimiz arasındadır. ABŞ-Azərbaycan tərəfdaşlığı olmadan bu enerji infrastrukturu mövcud olmazdı, Avropanın enerji təhlükəsizliyi daha az olardı və Azərbaycan daha az inkişaf edərdi”.

Səfir həmçinin deyib ki, bu il Azərbaycanın COP29 sədrliyi iki ölkə tərəfdaşlığının növbəti mərhələsidir.

“Artıq götürülən öhdəliklərin icrasını sürətləndirən, eləcə də maliyyələşmə, tullantıların azaldılması və planetimizi gələcək nəsillər üçün qorumaq, gələcək ambisiyaları yüksəldən uğurlu COP29 - ortaq məqsədimizi dəstəkləmək üçün Azərbaycanla işləməkdən sevincliyik", o qeyd edib.

Samir Şərifov
Samir Şərifov

Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib ki, enerji təhlükəsizliyi məsələsində Azərbaycan və ABŞ sıx əməkdaşlığı nümunəvi xarakter daşıyır. İki ölkə arasında münasibətlər sağlam bünövrəyə, sıx tərəfdaşlığa əsaslanır.

"Strateji xarakter alan münasibətlərimiz güclü ticarət tərəfdaşlığına da təkan verməlidir. Azərbaycan hökuməti olaraq COP29-da verilən dəstəyə görə ABŞ-yə təşəkkür edirik. COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan hesab edir ki, dünyanın aparıcı iqtisadiyyatına sahib ABŞ COP29-un qarşıya qoyduğu məqsədlərin reallaşmasına xüsusilə də maliyyə çağırışlarının həllinə olduqca yüksək töhfə verə bilər", o qeyd edib. vurğulayıb.

Nazirin fikrincə, qlobal çağırışlara cavab verən, beynəlxalq təhlükəsizliyin təmin olunmasına və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyət məmnunluq doğurur.

"Biz eyni zamanda Prezident Baydenin Azərbaycanın Cənubi Qafqazda davamlı və dayanıqlı sülh addımlarına verdiyi dəstəyi yüksək qiymətləndiririk. Yekun sülh sazişinin imzalanmasına yönələn səylərimizi davam etdirməklə sülhə istəkli olduğumuzu nümayiş etdiririk. Azərbaycan Cənubi Qafqazda sülh istəyir, sülh yalnız Azərbaycan və Ermənistan arasında nomallşma vasitəsilə mümkündür. Azərbaycanın regionda aparıcı rol oynamasının ABŞ tərəfindən tanınması şübhəsiz ki, ölkələrimiz arasında əlaqələrin strateji baxımdan dərinləşməsinə töhfəsini verir", Şərifov qeyd edib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG