Accessibility links

ABŞ ordusu Yəməndə 7 dron və 1 avtomobili məhv etdiyini bildirib


BŞ ordusu cümə günü bildirib ki, Amerika qüvvələri son 24 saatda Yəmənin Husilərin nəzarət etdiyi ərazilərində idarəetmə stansiyasının avtomobili və bir neçə dronu məhv edib.

ABŞ-ın Mərkəzi Komandanlığının X sosial media platformasında paylaşdığı açıqlamasına əsasən, zərbələr ona görə endirilib ki, dronlar və avtomobil “ABŞ koalisiya qüvvələrinə və regiondakı ticarət gəmilərinə qaçılmaz təhlükə yaradırdı.”

İranın dəstəklədiyi Husilər 2023-cü ilin noyabrından bəri Qırmızı dəniz və Ədən körfəzində gəmiləri hədəf alır. Onlar hücumların Qəzza zolağında İsrail-HƏMAS müharibəsində fələstinlilərə həmrəylik nümayişi olaraq həyata keçirildiyini bildirir.

Cümə günü Husilərin hərbi sözşüsü Yəhya Sari bir sıra balistik raketlərdən istifadə olunduğu əməliyyatdan sonra dörd gəmiyə hücumun, habelə Qırmızı dənizdə Delonix tankerinə “birbaşa zərbə”nin məsuliyyətini üzərinə götürüb.

Ancaq Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları bildirib ki, cümə günü həmin gəmiyə “çox yaxın” beş raket atılıb, amma gəmiyə zərər dəyməyib.

Britaiyanın Kral Donanmasının idarə etdiyi Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatlarının bildirdiyinə görə, Delonix həmin zaman Husilərin nəzarət etdiyi Hüdeydə limanının 277 kilometr şimal-qərbində olub.

Husilər həmçinin Aralıq dənizində Waler neft tankeriJohannes Maersk konteyner gəmisinə, habelə Qırmızı dənizdə Ioannis yük daşıyan gəmiyə hücumların məsuliyyətini üzərinə götürüb.

Birləşmiş Ştatlar dekabrda Qırmızı dənizdə gəmləri Husilərin hücumlarından qorumaq üçün dəniz təhlükəsizliyi təşəbbüsü elan edib. Bələ ki, hücumlar nəticəsində kommersiya gəmiləri normalda qlobal ticarətin 12%-nin keçdiyi marşrutdan yayınmağa məcbur olublar.

CENTCOM bildirib ki, cümə günü zərbə “naviqasiya azadlığını qorumaq və beynəlxalq suları daha təhlükəsiz etmək” üçün endirilib.

“İranın dəstəklədiyi husilər tərəfindən bu cür bədniyətli və ehtiyatsız davranış” regional sabitliyi riskə atır və Qırmızı dniz və Ədən körfəzində dənizçilərin həyatlarını təhlükəyə salır.”

Hücumlar səbəbilə Qırmızı dənizdən keçən gəmilər üçün sığorta xərcləri çox artıb, bu səbəblə də bir çox yük daşıma şirkətləri bunun əvəzinə Afrikanın cənub hissəsinin ətrafından keçən daha uzun marşrutu seçməyə məcbur olublar.

Forum

XS
SM
MD
LG