Accessibility links

HƏMAS rəsmisi deyir ki, İsraillə atəşkəs danışıqlarında irəliləyiş yoxdur


İslamçı militant HƏMAS qrupunun yüksək səviyyəli rəsmisi Osama Həmdan şənbə günü detib ki, İsraillə Qəzza müharibəsində atəşkəslə bağlı danışqılarda irəliləyiş əldə olunmayıb.

Həmdan Beyrutda keçirilən mətbuat konfransında deyib ki, fələstinli qrup müharibəyə son qoyacaq hər hansı atəşkəs təklifini hələ də “müsbət bir şəkildə qarşılamağa” hazrıdır.

Ərəb vasitəçilərinin, Birləşmiş Ştaltarın dəstəyi ilə apardığı səylər indiyədək atəşkəs əldə etməyə nail olmayıb. HƏMAS bildirir ki, hər hansı razılıq müharibəyə son qoymalı və İsrailin Qəzzadan tamamilə geri çəkilməsini təmin etməlidir. İsrail isə 2007-ci ildə Qəzzanı idarə edən HƏMAS məh edilməyənədək döyüşləri müvəqqəti dayandırmağa razı olacağını deyir.

HƏMAS həmçinin Birləşmiş Ştatları İsrailin şərtlərini qəbul etməsi üçün HƏMAS-a təzyiq göstərməkdə günahlandırıb.

“Bir daha deyirəm, HƏMAS daimi atəşkəs, Qəzza zolağından hərtərəfli geri çəkilmə və ciddi mübadilə razılaşmasını təmin edən istənilən təklifi müsbət qarşılamağa hazırdır,” Həmdan Qəzzada saxlanılan girovların İsrail həbsxanalarındakı fələstinli məhbuslarla mümkün mübadiləsinə istinad edərək deyib.

İsrailin məlumatına görə, HƏMAS-ın idarə etdiyi militantlar oktybarın 7-də İsrailin cənubuna terror hücumunda 1200 nəfəri öldürüb, 250-dən çox insanı girov götürüblər.

Qəzza səhiyyə nazirliyi bildirir ki, İsrailin əks-hücumu nəticəsində indiyədək 38 mindən çox insan ölüb, anklav demək olar ki, dağılıb.

Forum

XS
SM
MD
LG