Accessibility links

BMT ABŞ-ın inşa etdiyi estakadadan tonlarla yardımı Qəzzaya daşıyır


BMT şənbə günü bildirib ki, humanitar yardım işçiləri ABŞ-ın Qəzza sahilində quraşdırdığı estakada üzərində toplanan tonlarla yardımı mühasirə altında olan ərazidəki anbarlala köçürürlər. Bu, ABŞ-ın dənizdəki sərt şərait səbəbilə fasilə verəndən sonra əməliyyatları bərpa etməyi nəzərdən keçirdiyi bir vaxtda atılan çox vacib bir addımdır.

Yardımın Qəzza zolağındakı fələstinlilərə nə zaman çatacağı bəlli deyir. İsraillə HƏMAS arasındakı müharibənin doqquzuncu aya qədəm qoyduğu bir vaxtda, ekspertlər orada aclıq riksinin yüksək olduğu barədə xəbərdarlıq edib. Bu, BMT-nin Ərzaq Proqramı iyunun 9-da təhlükəsizliklə bağlı naratlıqlar səbəbilə əməliyyatları dayandırandan bəri ilk dəfədir ki, yük maşınları yardımı estakadadan daşımağa başlayıb.

Orada milyonlarla kiloqram yardım yığılıb. ABŞ ordusunun bildirdiyinə görə, təkcə son bir həftədə sahilə 4.5 milyon kiloqram yardım endirilib.

Dünya Ərzaq Proqramının sözçüsü Abir Etefa The Associated Press-ə bildirib ki, bu, yardım sahildən çıxarılana qədər aparılan birdəfəlik əməliyyatdır və korlanmanın qarşısını almaq məqsədi daşıyır.

Etefe deyir ki, BMT-nin estakadada əlavə əməliyyat aparması BMT-nin təhlükəsizliklə bağlı qiymətləndirməsindən asılıdır.

BMT İsrail ordusunun ötən ay üç girovu xilas etmək üçün estakadadan istifadə edib-etmədiyini araşdırır.

Ümumdünya Ərzaq Proqramının yük maşınları yardımı Qəzza daxilinə çatdırmağa müvəffəq olsa, bu, ABŞ ordusunun cümə günü pis hava şəraiti ilə qaldırılan estakadadan istifadəni bərpa edib-etməmək qərarına təsir göstərə bilər. ABŞ rəsmiləri deyib ki, onlar yardımın alınmaması ehtimalına görə estakadanın yenidən quraşdırılmasını nəzərdən keçirirlər.

Hətta BMT yardımı estakadadan Qəzzaya daşımağa qərar versə belə, humanitar karvanlar ətrafındakı hərc-mərclik səbəbilə yardımın paylanması da çətin olacaq. Yardım karvanları Qəzzada hücuma məruz qalıb. Yardımların çoxu quru yolu ilə çatdırılsa da, sərhəd keçidi və Qəzzaya daxil edilə bilən əşyalarla bağlı məhdudiyyətlər müharibədən öncə belə humanitan yardımdan asılı olan əhaliyə əlavə ziyan vurub.

İsrail ordusu yaxınlıqdakı ərazidən 270 fələstinlinin ölümü ilə nəticələnən reyddə xilas etdiyi girovları çıxarmaq üçün istifadə edəndən donra, iyunun 9-da estakadandan istifadəyə fasilə verilib. BMT yardım işçilərinin təhlükəsizliyi və neytrallığın pozulmuş ola biləcəyinə dair narahatlıqlar səbəbilə təhqiqata başlayıb.

Döyüşlər davam edir

HƏMAS-ın oktyabrın 7-ddə İsrailin cənubuna hücumundan sonra başlayan müharibədə, Qəzza səhiyyə nazirliyinin məlumatına görə, 37 800-dən çox insan ölüb. Nazirlik son 24 saatda İsrailin zərbələri nəticəsində ölən 40 insanın cəsədinin yerli xəstəxanlara çatdırıldığını bildirib.

Qəzzanın mərkəzində Bureik düşərgəsinə zərbə nəticəsində, biri uşaq olmaqla, ən azı iki nəfər ölüb.

HƏMAS-ın oktyabrın 7-də hücumu nəticəsində təxminən 1200 nəfər ölüb, 250 nəfər girov götürülüb.

İsrail qüvvələri son bir həftədir Qəzza şəhərinin şərq hissəsində fələstinli militantlara qarşı döyüşür. BMT-nin məlumatına görə, on minlərlə fələstinli evlərindən qaçıb.

“Bu, hərbi müdaxilənin ilk həftələri kimidir,” sakin Mahmun Əl-Məsri döyüşlərin şiddəti ilə bağlı deyib. “Çox sayda insan öldürülüb. Çox sayda ev dağılıb. Onlar hərəkət edən hər şeyi vururlar.”

İsrail ordusu Şücaiyyədə HƏMAS döyüşcilərinə qarşı əməliyyat apardığını etiraf edib və şənbə fünü “yaxın məsafədən döyüşün” getdiyini qeyd edib.

İsrailin may ayının əvvəlində Rəfaha müaxiləsindən bəri 1.3 milyondan çox fələstinli şəhərdən qaçıb. Yardım qrupları ərazidə təhlükəsiz yerin olmadığı barədə xəbərdarlıq edir.

Forum

XS
SM
MD
LG