Accessibility links

Bayden debatdakı performansından narahat olan donorlara müraciət edir


ABŞ Prezidenti Co Bayden. 29 iyun, 2024.
ABŞ Prezidenti Co Bayden. 29 iyun, 2024.

ABŞ Prezidenti Co Bayden şənbə günü keçirilən fandreyzinq tədbirində cazibəsini geri qaytarmağa və donorları Donald Trampı məğlub etməyə hazır olduğuna arxayın etməyə çalışacaq.

81 yaşlı Baydenin cümə axşamı prezidentliyə namizədlərin ilk debatında sərgilədiyi narahatlıq doğuran performansı bir çox Demokratı sarsıdıb. Onlar 2021-cil ilin yanvarın 6-da Kapitoliyə hücumdan sonra Trampı ABŞ demokratiyası üçün ekzistensial təhlükə olaraq görürlər. Baydenin tələsik cavabları və Trampa cavab verməkdə çətinlik çəkməsi The New York Times redaksiya heyətini cümə günü onun namizədliyini geri çəkməli olduğunu və yarışda qalmasının “ehtiyatsız qumar” olacağını bəyan etməsinə səbəb olub.

Bayden və onun həyat yoldaşı Cill günorta Nyu Yorkun Şərqi Hempton şəhərində kampaniya tədbirində iştirak etməyi planlaşdırırdı. Daşınmaz əmlak şirkəti Zillow-un məlumatına görə, orada evlərin ortalama qiyməti 1.9 milyon dolalrdır. Daha sonra axşam isə Nyu Cersinin Red Bank şəhərində fandreyzinq tədbiri planlaşdırılıb.

Cümə axşamı keçirilən debatdan sonra Bayden cümə günü Şimali Karolina və Nyu Yorkda etdiyi çıxışlarında fiziki sağlamlığının daha yaxşı olduğunu nümayiş etdirib və deyib ki, “bütün qəlbimlə və ruhumla” prezidentlik vəzifəsini yerinə yetirə biləcəyinə inanır.

Baydenin kampaniyası cümə axşamı və cümə 27 milyon dollardan çox ianə topladığını bildirib ki, buna Nyu York şəhərində LGBTQ+ icmasına yönəlmiş fandreyzinqdə toplanan 3 milyon dollar daxildir.

Cill Bayden cümə günü tərəfdarlara deyib ki, Co Bayden debatdan sonra ona, “Bilirsən Cill, mən bilmirəm nə oldu. Mən özümü yaxşı hiss etmədim.” Birinci ledi isə ona “Bax, Co, biz sənin prezident olduğun dörd ili 90 dəqiqənin müəyyən etməsinə imkan verməyəcəyik” deyib.

Demokrat prezident hələ də internetdə yayılan videolar və memlər vasitəsilə insanlaırn ağlına dərk olunan debatdan qaynaqlanan qorxuları aradan qaldırmalıdır.

Nyu-York, cənubi Kaliforniya və Silikon Vadisində Demokrat donorlar məxfilikdə Baydenin debatdakı performası fonunda onun kampaniyasının müvəffəq olması ilə bağlı dərin narahatlıqlarını ifadə edib.

Onlar bir sıra mesajlar və özəl söhbətlərində onu əvəz edə biləcək mümkün namizədləri müzakirə ediblər ki, həmin siyahıya Miçiqan qubernatoru Qretçen Uitmer, Kaliforniya qubernatoru Qavin Nyusom və Vitse-prezident Kamala Harris daxildir.

Ancaq cümə günü Baydenə namizədliyini geri çəkməsi üçün təzyiq göstərməyə dair rəsmi çağırış olmayıb və bəziləri seçki günündən cəmi dörd ay öncə ehtimal olunan namizədi əvəz etməklə əlaqədar logistik çətinliklər səbəbilə bunun olacağını gözləmirlər.

Bəzi donorlar şəxsi ianələrini dayandıracaqlarını qeyd edib. Onlar deyib ki, Baydenin həftəsonuna planlaşdırılan fandreyziqindən çox pul yığılması gözlənilir, çünki biletlər artıq satılıb və debatdan öncə ödənilib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG