Accessibility links

ABŞ və Avropa Hizbullaha İsrailə zərbələri azaltması üçün xəbərdarlıq edib


ABŞ, Avropa və ərəb vasitəçiləri İsraillə Livanın Hizbullah militantları arasında artan hücumların Yaxın Şərqdə daha geniş müharibəyə çevrilməsinin qarşısını almağa çalışırlar.

İsrailin Qəzzada HƏMAS-la münaqişəsində Hizbullah və İranla müttəfiq olan başqa qruplar tərəfindən hücumları sakitləşdirəcək atəşkəsin yaxın zamanda əldə olunacağına dair ümidlər azalır. Hazırkı və keçmiş diplomatlar deyir ki, Amerika və Avropa rəsmiləri HƏMAS-dan daha güclü, lakin həddən artıq arxayın görünən Hizbullaha İsrailin hərbi qüdrəti ilə rəqabət aparmaması barədə xəbərdarlıqlar edir.

Onlar xəbərdarlıq edir ki, qrup, Livana hücumla bağlı döyüşə hazırlıq planlarını həyata keçirməyə qərar verdikləri halda, ABŞ və ya başqa kiminsə İsrail lidelərini dayandıra biləcəklərinə ümid etməməlidir.

Livan sərhədinin hər iki tərəfində İsraillə regionun ən yaxşı silahlanmış döyüşçü qüvvələrindən biri olan Hizbullah arasında artan hücumlar son bir həftədə ən azından sabitləşib. Sərhəd ərazisinə hər gün zərbələr endirilməyə davam etsə də, cüzi dəyişiklik dərhal qorxuların azalmasına dair ümid verib. Bu da ABŞ-ı daha geniş bir münaqişənin qarşısını almaq ümidi ilə bölgədəki digər döyüş gəmilərinə qoşulmaq üçün dəniz ekspedisiya qüvvələri ilə bir amfibiya hücum gəmisi göndərməyə sövq edib.

ABŞ-ın Yaxın Şərqdəki keçmiş yüksək vəzifəli diplomatı Cerald Feyerstin deyib ki, İsrail və ya Hizbullahın hücumları İsrailin Livana hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə azaltmağa qərar verib-vermədikləri bəlli deyil. O deyib ki, bu həftə hücumlarda artımın olmamasına baxmayaraq, “şübhəsiz ki, israillilər hələ də ... özlərini bir növ münaqişənin… tamamilə fərqli bir miqaysda münaqişənin olacağına dair gözləntiyə hazırlayırlar.”

Onun sözlərinə görə, Hizbullaha göndərilən mesaj odur ki, “sandığın qədər bacarıqlı olduğunu düşünmə.”

HƏMAS-ın oktyabrın 7-də İsrailə terror hücumunun Qəzzada müharibəyə səbəb olmasından bir gün sonra başlayaraq Hizbullah İsrailin şimalına raketlər atıb və atəşkəs qüvvəyə minənədək davam edəcəyini vəd edib. İsrail cavab olaraq zərbələr endirib və zorakılıqlar nəticəsində on minlərlə insan hər iki ölkənin sərhədindən qaçmağa məcbur qalıb. Bu ay İsrailin Hizbullahın baş komandirini öldürməsi və Hizbullahın cavab olaraq ən böyük raket zərbələri endirməsindən sonra hücumlar şiddətlənib.

BMT-nin humanitar işlər üzrə başçısı Martin Qriffit yarana biləcək müharibəni “apokaliptik” adlandırıb. İsrail və siyasi cəhətdən parçalanmış Livanda dominant qüvvə olan Hizbullah böyük tələfata səbəb olmaq gücünə malikdir.

Forum

XS
SM
MD
LG