Accessibility links

Bakı metrosuna qraffiti çəkən Fransa vətəndaşının həbs qətimkan tədbiri uzadılıb


"Bakmil" metrostansiyasında çəkilən qraffiti
"Bakmil" metrostansiyasında çəkilən qraffiti

Bu ilin aprel ayında "Bakmil" metrostansiyasında qraffiti çəkdiyi üçün həbs olunan Klerk Teo Hüqo barəsində həbs qətimkan tədbirinin müddəti daha 20 gün artırılıb. Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov verib.

Vəkil bildirib ki, Fransa vətəndaşı olan Teo Hüqonun işinə iyunun 29-da Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb.

"Ortada heç bir cinayət olmadığı halda sırf Fransa Respublikasının vətəndaşı olmasına görə metro vaqonuna qraffiti çəkilməsini xuliqanlıq və özgə əmlakını məhv etmə kimi tövsif ediblər. Bu gün milli kimliyinə görə insanın həbs edilməsinin şahidi olmaq məni çox üzdü. Milli mənsubiyyətə görə insanların qanunsuz təqib və həbs etmək yolverilməzdir. Qərardan apellyasiya şikayəti verəcəm" - deyə, vəkil qeyd edib.

Hüqo martın 28-də qraffiti çəkdiyi üçün Yasamal Rayon Məhkəməsi tərəfindən 4 min 600 manat cərimə edilmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək zərərin məbləğini 11 min 600 manata qaldırıb.

Aprelin 2-də Yasamal Rayon Məhkəməsi Hüqo haqqında 3 ay həbs qətimkan qərarı çıxarıb. Olunla birgə saxlanılan Avstraliya vətəndaşı P.Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent də eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunub. Lakin istintaq dövrü üçün onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onlar sərbəst buraxılıblar və hazırda polisin nəzarətində olduğu deyilir.

İyunun 11-də rəssam Azərbaycan Prezidenti İlham Əliyevə və I Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib:

"Mən siyasi şəxs deyiləm, humanist və sülhsevər insanam. Mən heç vaxt zorakılıq etməmişəm və heç kimə zərər verməmişəm. Mən narkotik istifadə etmirəm və alkoqol istifadəçisi də deyiləm. Mən cinayətkar deyiləm, sadəcə, sənətkaram. Artıq iki aydır ki, həbsdəyəm, ailəm bu vəziyyətdən çox əziyyət çəkir və bu da məni məhv edir".

Daxili İşlər Nazirliyi əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin əmlaka qəsdən ziyan vurma maddəsi ilə polis idarəsində fakta görə cinayət işi başlandığını və iş üzrə zəruri istintaq tədbirlərinin davam etdirildiyini bildirib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG