Accessibility links

ADR Gənclər komitəsinin üzvünün həbs edildiyi bildirilir


Pərvin Çobanov (Mənbə: Sosial şəbəkə)
Pərvin Çobanov (Mənbə: Sosial şəbəkə)

İyunun 28-də ADR Gənclər komitəsinin üzvü Pərvin Çobanov 20 sutka inzibati həbsə məhkum edib. O, polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.

Bu barədə Amerikanın Səsinə ADR İdarə Heyətinin üzvü Ədalət Yusub bildirib.

Onun szölərinə görə, fəalın həbsi sosial şəbəkələrdə tənqidi çıxışları ilə bağlıldır.

"O, ölkədə baş verən qanunsuzluqlar barədə çəkilən videoları Tik-Tok səhifəsində yerləşdirirdi. Bir milyondan çox izləyicisi var idi. Onun həbsinin səbəbi Tik-Tok-da fəallığıdır. Hazırda Pərvinin Tik-Tok səhifəsi bloklanıb”, o qeyd edib.

Bununla yanaşı, o, ADR fəalının hansı məhkəmə tərəfindən həbsə məhkum edildiyi barədə məlumatlı deyil.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG