Accessibility links

Ceyhun Bayramov israilli həmkarı ilə Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə edib


İsrail ordusunun Qəzza Zolağına zərbələr endirdikdən sonra yaranan yanğın və tüstü. (9 oktyabr, 2023)
İsrail ordusunun Qəzza Zolağına zərbələr endirdikdən sonra yaranan yanğın və tüstü. (9 oktyabr, 2023)

İyunun 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İsrailin xarici işlər naziri İsrael Katz arasında telefon danışığı aparılıb.

Azərbaycan Xarici İşlər nazirliyinin açıqladığı məlumatda tərəflərin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri, Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə etdiyi bildirilir.

Məlumatda deyilir ki, nazir Ceyhun Bayramov Qəzzada qısa müddət ərzində atəşkəsin əldə olunmasının, hər iki tərəfdən mülki əhalinin hədəf alınmamasının, İsrail-Fələstin münaqişəsininin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Məlumatda həmçinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində 2024-2026-cı illəri əhatə edən sədrliyi çərçivəsində görülməsi zəruri olan işlər və planların telefon danışığı zamanı nəzərdən keçirildiyi qeyd edilib.

“Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə məsələləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfə ətraflı məlumat verib”, məlumatda deyilir.

Məlumatda Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı bildirilir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG