Accessibility links

Demokratlar Baydenin prezidentliyə namizədliyini kiminləsə əvəz edə bilərlərmi?


Demokratlar Baydenin prezidentliyə namizədliyini kiminləsə əvəz edə bilərlərmi?
please wait

No media source currently available

0:00 0:03:18 0:00

ABŞ prezidentliyinə namizədlər Co Bayden və Donald Tramp keçən cümə axşamı aralarında keçirilən ilk debatdan sonra təşviqat kampaniyalarına geri dönüblər. Debat zamanı Baydenin bəzən çətinlik çəkməsindən sonra bəzi Demokratlar onu əvəz edə biləcək namizədlərə nəzər yetirməyə başlayıblar.

Donald Tramp və Co Bayden keçən həftə keçirilən ilk debatdan sonra təşviqat görüşlərinə geri dönüblər. Bayden zəif debat performansından sonra dəstəkçilərini inandırmağa çalışır ki, o ikinci prezidentlik müddətinə hazırdır.

ABŞ prezidenti Co Bayden: “Mən sizə Bayden kimi söz verirəm ki, bu işi bacaracağıma ürəyim və ruhumla inanmasaydım, namizədliyimi irəli sürməzdim. Açıq danışsaq, risklər çox yüksəkdir.”

Baydenin həftəsonu fandreyzinqi Demokratlar Partiyasında onun zəif çıxışı səbəbilə yeni namizədə ehtiyac olacağı ilə bağlı narahatlıqlara cavab üçün əlavə fürsət idi.

Larri Sabato, Virciniya Universiteti: “Fikrimcə, əgər yeni, enerjili və daha gənc Demokrat namizəd olsaydı, insanlar Trampı kənarda saxlamaq üçün bu fürsəti əldən verməzdilər.”

Tramp deyir ki, debat bu seçkilərdə seçimin zəiflik və güc arasında olduğunu göstərdi.

Donald Tramp, Respublikaçı Partiyasının prezidentliyə namizədi: “Seçicilərin verməli olduğu sual Co Baydenin 90 dəqiqəlik debatı dözə bilib-bilməyəcyi yox, Amerikanın saxtakar Co Baydenin daha 4 il Ağ Evdə olmasını dözə bilib-bilməyəcyi olamalıdır.”

Tramp debatdan sonrakı yürüşdə Baydenin yarışda qalacağını dedi.

Donald Tramp, Respublikaçı Partiyasının prezidentliyə namizədi: “Çox sayda insan deyir ki, Co Bayden keçən gecə performansından sonra seçki yarışından geri çəkiləcək. Amma mən buna inanmıram. Çünki sorğularda o digər Demokratlarla müqayisədə daha yaxşı nəticə göstərir.”

Baydeni potensial olaraq əvəz edə biləcək namizədlər arasında vitse-prezident Kamala Harris, Miçiqan qubernatoru Qretçen Vitmer, Kaliforniya qubernatoru Qevin Nyusom, Kentaki qubernatoru Endi Beşir və İllinoy qubernatoru Cey Bi Pritzkerin adları hallanır.

Bu Demokatların heç biri Baydenin əvəzlənməsi çağırışı etməyib. Avqustda keçiriləcək qurultaydan öncə namizədlərin əvəzlənməsi üçün Baydenin geri çəkilməsi lazımdır.

Larri Sabato, Virciniya Universiteti: “Onlar Ağ Evə gedib onu inandırmağa çalışmalı olacaqlar və onun inandırılması çətin olacaq. Onlar həm də Cil Baydeni inandırmalıdırlar. Bu isə daha çətin ola bilər.”

Birinci xanım debatdan sonrakı yürüşdə yoldaşının Amerika üçün daha yaxşı seçim olduğunu dedi.

Cil Bayden, ABŞ-ın birinci xanımı: “Sizin dünən axşam debat səhnəsində gördüyünüz Co Bayden idi. Həqiqəti söyləyən dürüst prezident. Digər tərəfdən isə yalan arxasınca yalan danışan Donald Tramp.”

CBS kanalının debatsonrakı ilkin sorğusunda demokratların çoxu Baydenin namizəd kimi qalmasını istədiyini bildirib.

Markiet Universitetinin siyasi elmlər professor Culia Azari deyir ki, seçicələrə təsir baxımından qurultayların təsiri debatlardan daha çoxdur.

Culiya Azari, Markiet Universiteti:“Siyasi elmdə keyfiyyətli tədqiqatar seçicilərin niyyətinin noyabrdakimə səs verəcəyini müəyyən edən əsas amil olduğunu deyir. Qurultaylar daha vacibdir, nəinki debatlar.”

Bayden kampaniyası debatdan sonra Demokartların Milli Komitəsi ilə konfrans zəngi keçirib. Zəngdə iştirak edən bəzi komitə üzvləri Associated Press agentliyinə bildirib ki, Baydenin kampaniyası onun yenidən seçilməsi şansları ilə bağlı çox nikbindir və onun debat performansı ilə bağlı tənqidlərə məhəl qoyulmayıb.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG