Accessibility links

Ərdəbildə müğənni Damla Məmmədovanın çıxış etdiyi məkan möhürlənib


Müğənni Damla Məmmədova (Şəkild sosial şəbəkələrdə paylaşılan videonun ekran görüntüsüdür.)
Müğənni Damla Məmmədova (Şəkild sosial şəbəkələrdə paylaşılan videonun ekran görüntüsüdür.)

Damla ləqəbli müğənni Məsumə Məmmədovanın İran Azərbaycanının Ərdəbil şəhərində rəqs və mahnı ifa etdiyi məkanın məhkəmə orqanının göstərişi ilə möhürləndiyinə dair məlumat yayılıb.

İran mediası bu barədə ölkənin məhkəmə sisteminə bağlı olan Mizan xəbər agentliyinə istinadən məlumat yayıb.

“Ərdəbil prokuroru Bakıdan olan məşhur müğənni Damlanın normaları pozaraq və qanunsuz bir şəkildə rəqs və mahnı ifa etdiyi məkanın möhürlənməsinə dair qərar çıxarıb”, Mizan agentliyi yazıb.

İranda fəaliyyət göstərən Vaghtesobh.ir internet portalının bildirdiyinə görə, “əslən Azərbaycan Respublikasından olan Məsumə Qərib qızı Məmmədovanın mahnıları son illərdə İranın bəzi bölgələrində sevilərək dinlənilir.”

Keçən günlərdə müğənninin Ərdəbil şəhərində bir zalda rəqs və mahnı ifadə etdiyi videolar sosial şəbəkələrdə paylaşılıb.

Mizan agentliyinin yazdığına görə, “müğənni Damla son günlərdə İrana səfər edib və İslam Respublikası qanunlarına riayət etmədən normaları pozaraq xalqa açıq bir məkanda yarıçılpaq şəkildə ümumi ictimai iffətin zədələnməsinə və vətəndaşların narahatlığına səbəb olub”.

Məkanın möhürləndiyini açıqlayan Ərdəbil prokuroru Cəlal Afaqi iddia edib ki, “vətəndaşlar məhkəmə sistemindən mövzu ilə bağlı tədbir görməsini tələb ediblər. Məhkəmə sistemi mövzunu ilə əlaqələnməyə davam edir və bu qanunsuzluqda rol oynayanlara qarşı ağır tədbirlər görüləcək”.

Forum

XS
SM
MD
LG