Accessibility links

İran İnqilab Məhkəməsi siyasi fəal Məhəmmədrza Əmanini üç ay bir gün həbsə məhkum edib


Məhəmmədrza Əmani Nadarlı (Mənbə: Abbas Lisani Telegram kanalı)
Məhəmmədrza Əmani Nadarlı (Mənbə: Abbas Lisani Telegram kanalı)

Şərqi Azərbaycan vilayətində İran İnqilab Məhkəməsinin Şəbistər şöbəsi siyasi fəal Məhəmmədrza (Araz) Əmani Nadarlını sosial şəbəkələrdə etdiyi paylaşımlara görə üç ay bir gün həbsə məhkum edib.

Abbas Lisani Telegram kanalının surətini yaydığı məhkəmə hökmündə türk fəalın “İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərmək ittihamı ilə həbs cəzası aldığı bildirilib.

İyulun 2-də çıxarılan məhkəmə sənədində fəala qarşı dəlil hesab edilən Instagram paylaşımlarından nümunələr verilib.

Hökmdə yazılanlara görə, Araz Əmani “Azərbaycanda müstəmləkəçiliyə son qoyacağıq!”, “faşist fars höküməti” və “azadlıq, ədalət, milli hökümət” kimi ifadələri paylaşdığına görə nizama qarşı təbliğat ittihamından təqsirli bilinib.

Məhkəmə fəala “etnik icmaları təhqir etmək” ittihamından bəraət verib.

Əmani 2023-cü ilin may ayında Şəbistərin Nadarlı qəsəbəsində İranın kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınmışdı. O, təqribən 3 həftə saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Şəbistər İnqilab Məhkəməsi keçən həftə Nadarlı qəsəbəsinin sakini digər fəal Murtuz Nurməhəmmədini də Instagram paylaşımlarına görə üç ay bir gün həbsə məhkum edib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG