Accessibility links

Məsud Pezeşkian Urmiyədə seçicilərlə görüşündə qonşu ölkələrlə ticarəti inkişaf etdirəcəyini vəd edib


Məsud Pezeşkiyanın Urmiyə mitinqi - 3 iyun 2024
Məsud Pezeşkiyanın Urmiyə mitinqi - 3 iyun 2024

İranın prezident seçkilərinin ilk turundan birinci çıxan islahatçı namizəd Məsud Pezeşkian çərşənbə günü Urmiyədə böyük seçki mitinqi keçirib.

İran mediası və sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən, Pezeşkian böyük bir izdiham tərəfindən Urmiyə hava limanından seçki mitinqinin təşkil olunduğu Gənc Evi Stadionuna qədər müşayiət edilib.

Sosial şəbəkələrdə paylaşılan videolarda görünür ki, Pezeşkianın təşviqat mitinqinin keçirildiyi stadiona toplanan əhali “Azərbaycan bir kəlam, Pezeşkian vəssalam” kimi dəstək şüarları ilə birlikdə “türk dilində mədrəsə, olmalıdır hərkəsə” kimi şüarlar ilə öz tələblərini də sələndiriblər.

Dövlət agetnliyi İRNA-nın mitinqdən payıaşdığı görüntülərdə mitinq yerində böyük bir izdiham görünüb.

İRNA-nın xəbərinə görə, Pezeşkian qonşu ölkələr ilə turizm və ticarətin inkişaf etdirilməsi yönündə fəaliyyət edəcəyini bildirib.

“Sərhədləri bağlayaraq bir yerə çata bilməyəcəyik, turizm və ticarəti inkişaf etdirmək yönündə çalışacayıq”, cümə günü keçiriləcək prezident seçkilərinin namizədi deyib.

Pezeşkianın Urmiyə mitinqində həmçinin üzərində türk və fars dillərində yazılmış plakatlar nümayiş etdirilib. Plakatlar üzərində, o cümlədən “türk dili rəsmi olsun”, “tələbimiz; inkişaf etmiş Azərbaycan”, “Urmiyə gölünü qurtarın!” və “türkcə kitablara çap icazə verin!” şüarları görünüb.

Əslən Urmiyədən olan Təbrizin hazırkı millət vəkili Pezeşkian mitinqdə deyib ki, “mən bu torpaqların uşağıyam. Urmiyənin qədim məhəllələrindən olan Ərəbbağı küçəsindənəm. Bu şəhərin küçələri və məhəllələri mənim üçün xatirələr ilə doludur. Azərbaycanın bir oğlu kimi deyirəm, sizə heç vaxt yalan söyləməyəcəyəm. Sizinlə həmişə dürüst olacağam.”

Təbrizin islahatçı millət vəkili və keçmişdə İran Parlametində yaradılmış Türk Bölgələri Fraksiyasının təsisçi başqanı Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycanın Mahabad (Savcbulaq) şəhərində urmiyəli bir ailədə dünyaya gəlib.

Pezeşkian ən çox səsi başda türklər olmaqla, ölkənin qeyri-fars və qeyri-şiə icmalarının yaşadığı bölgələrdən toplayıb, ikinci turda yarışmağa haqq qazanan digər namizəd sərtxətt tərəfdarı və sabiq nüvə müzakirəçisi Səid Cəlili isə şiə fars icmalarının yaşadığı bölgələrdə birinci yeri tutub.

Pezeşkian seçki kampaniyaları dönəmində bir çox kəsim tərəfindən bölücü, pan-türkist və federalçılıqda günahlandırılır. O, dövlət televiziyasında qatıldığı proqramda belə “pan-türkist tərəfdarları” ilə əlaqədar suallarla qarşılaşıb.

Azərbaycan Milli Hərəkatına mənsub qüvvələr arasında seçimləri boykot etməyə çağıranlar olsa da, hərəkatın daha böyük bir qismi səsvermə məntəqələrinə gedən türklərin Pezeşkiana səs verməsini dəstəkləyib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG