Accessibility links

Belçika Azərbaycanda minatəmizləmə işlərinə yardım ayırıb


Belçika Azərbaycana azad edilmiş ərazilərdə minatəmizləmə müzakirə edilib (Mənbə: Sosial şəbəkə)
Belçika Azərbaycana azad edilmiş ərazilərdə minatəmizləmə müzakirə edilib (Mənbə: Sosial şəbəkə)

Belçika Azərbaycana azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro ayırıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov X hesabında yazıb.

"Minalar keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıtmasına əsas maneədir. Bu yardım insan həmrəyliyinin rəmzi və ikitərəfli münasibətlərimizdə müsbət addımdır”, o qeyd edib.

İyulun 4-5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıra tədbir və görüşlərdə iştirak nəzərdə tutulub.

Sonuncu məlumatlara görə, 2020-ci ilin noyabrından etibarən Azərbaycanın azad olunmuş ərazilərində mina partlaması nəticəsində 363 nəfər xəsarət alıb, onların 69-u ölüb.

Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.

Forum

XS
SM
MD
LG