Accessibility links

Tehranın Evin həbsxanasında saxlanılan 4 siyasi fəalın məhkəmə iclası keçirilib


Tehranın Evin həbsxanası
Tehranın Evin həbsxanası

Hüquq müdafiəçiləri fevral ayından bəri Tehranın Evin həbsxanasında saxlanılan türk fəallar Murtəza Pərvin, Bağır Hacızadə, Ayaz Seyfxah və Kəmal Nurinin növbəti məhkəmə iclaslarının keçirildiyini bildiriblər.

Bu fəallar keçən fevral ayının ilk günlərində çox sayda digər fəalla birlikdə İran Azərbaycanı, eləcə də Gilan, Tehran və Əlburz kimi vilayətlərdə nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndəriliblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrə əsasən, Tehran İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati dörd fəalın işinə baxır.

Siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarması ilə tanınan hakim Salavati 2019-cu ilin dekabr ayında ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

Fevral ayının 5-7-si tarixlərində İranın təhlükəsizlik qüvvələri 30-a yaxın fəalı, o cümlədən Murtəza Pərvin, Bağır Hacızadə, Ayaz Seyfxah, Kəmal Nuri, Salar Tahir Afşar, Vədud Əsədi, Səid Minayi, Ayda Sədiqi, Fatma Atəşi, Kəramət Ruhnəvaz, Əlirza Şirzad, Əmirəli Bəradəran, Yaşar Hüseynzadə, Lütfəli Cabbari, Süheyla Əsgəri, Səid Camalzadə, Araz Əman, Tahir Nəqəvi, Səid Dustan, Süleyman Məhəmmədi, Kərəm Mərdanə və Abdullah Vahidini Təbriz, Ərdəbil, Urmiyə, Xiyav, Rəşt, İslamşəhr, Kərəc və Astara kimi şəhərlərdə saxlayıblar.

Nəzarətə alındıqları şəhərlərdən Tehranın Evin həbsxanasına göndərilən fəalların bir çoxu daha sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb, ancaq bəzilərinin həbsi davam edir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG