Accessibility links

İranda əmək fəalı Şərifə Məhəmmədi ölüm cəzasına məhkum edilib


Şərifə Məhəmmədi
Şərifə Məhəmmədi

Gilan vilayətinin Rəşt şəhərində yaşayan əmək fəalı Şərifə Məhəmmədi bu şəhərin İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən "bəğy" ittihamı ilə ölüm cəzasına məhkum edilib.

Bu barədə HRA xəbər agentliyi məlumat yayıb.

Xəbərə görə, Şərifə Məhəmmədinin “müxalifət qruplarından birinə üzv olmaq yolu ilə bəğy” ittihamından təqsirli bilinərək, cümə axşamı, iyulun 4-də edam cəzasına məhkum edildiyi ailəsinə bildirilib.

"Dövlətə qarşı üsyan" mənasına gələn "bəğy" bir fiqhi termindir və həmin terminə görə üsyan edənə "baği" deyilir. Bu, İran İslam Respublikasının cinayət qanunlarına görə bir müsəlman hökumətinə qarşı silahlı üsyan edən şəxslərə və ya qruplara verilən addır.

Bəzi mənbələr əmək fəalına qarşı irəli sürülən müxalifət qruplarına üzv olmaq ittihamının Komele Partiyası ilə əlaqəli olduğunu qeyd etsə də, ailəsinə yaxın mənbələr Şərifə Məhəmmədinin sözügedən siyasi qruplaşmanın üzvü olduğunu təkzib ediblər.

O, ötən il dekabrın ilk həftəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, sonra Rəşt həbsxanasına köçürülüb və o vaxtdan nəzarət altında saxlanılır.

Şərifə Məhəmmədinin anası keçən günlərdə sosial mediada türk dilində bir video yayımlayaraq uzun müddətdir övladından xəbərsiz olduğunu və onunla bağlı hər hansı bir məlumat ala bilmədiyini bildirmişdi.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG