Accessibility links

Qazaxıstanda Azərbaycan hərbi kontingentinin iştirakı ilə komanda-qərargah təlimləri başlayıb


Qazaxıstanda Azərbaycan hərbçilərinin iştirakı ilə təlimlər başlayıb (Foto: Qazaxıstan Müdafiə Nazirliyi)
Qazaxıstanda Azərbaycan hərbçilərinin iştirakı ilə təlimlər başlayıb (Foto: Qazaxıstan Müdafiə Nazirliyi)

Qazaxıstanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbi kontingentlərinin iştirakı ilə “Birlestik-2024” komanda-qərargah təlimləri başlayıb.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, hərbi manevrlər “Oimaşa” poliqonunda, eləcə də Tokmak burnundan iki kilometr aralıda yerləşən dəniz zonasında keçiriləcək.

Rəsmi məlumata görə, iyulun 8-dən 17-dək hərbi kontingentlər silahlı münaqişənin qarşısını almaq üçün birgə əməliyyat həyata keçirəcək.

Təlimlərə 4 mindən çox şəxsi heyət, 700 ədəd hərbi texnika cəlb olunub.

Əsas məqsəd hərbi münaqişə vəziyyətində quru qoşunlarının manevrləri, havadan kəşfiyyat, dəniz xüsusi təyinatlıları, hərbi aviasiya və hərbi gəmilərin döyüş tapşırıqlarının icrası zamanı çevik reaksiyasının yoxlanılmasından ibarətdir.

İştirakçılar eyni zamanda, hərbi döyüş növləri, taktiki planlaşdırma və atış qabiliyyətinin yoxlanılması üzrə də sınaqlara cəlb olunacaq.

Hərbi təlimlərin sonuncu günündə mədəni-kütləvi tədbirin keçirilməsi də nəzərdə tutulub.

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.

Prezident İlham Əliyev bildirib ki, Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanın azad edilmiş torpaqlarına səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.

Əliyev hesab edir ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu təşkilatın nəzərdə tutduğu hədəflərin reallaşdırılması üçün yetərli deyil.

“Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb”.

Azərbaycan Prezidenti deyib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biridir.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG