Accessibility links

Parlament seçkiləri üzrə 155 nəfərdən 71-nin namizədliyi təsdiqlənib


Arxiv fotosu - Azərbaycanda növbədənkənar prezident seçkiləri.
Arxiv fotosu - Azərbaycanda növbədənkənar prezident seçkiləri.

Azərbaycanda 155 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 9-da keçirilən məlumat konfransında məlumat verib.

Məzahir Pənahov deyib ki, 156 nəfərin namizədliyi irəli sürülsə də, sonradan onlardan 1-i namizədliyini geri götürüb.

Deputatlığa namzidliyi irəli sürülən 155 nəfərdən 71-nin namizədliyi təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib.

Bundan əlavə Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

Məsələ səsverməyə çıxarılıb və Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələri qeydə alıb.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Beləliklə, ümumilikdə MSK 16 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Deputatlığa namizəd kimi seçki dairəsində qeydiyyatdan keçmək üçün namizədliyi irəli sürülən şəxslər təmsil olunduğu seçki dairəsindən 400 seçicinin imzasını toplamalıdır.

Azərbaycanda müxalifətdə olan Müsavat və Respublikaçı Alternativ (REAL) Partiyaları noyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə deputalığa namizədlərini elan edib.

Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG