Accessibility links

Seçicilər Baydenin seçki yarışında qalması haqda fərqli fikirlərə sahibdirlər


Seçicilər Baydenin seçki yarışında qalması haqda fərqli fikirlərə sahibdirlər
please wait

No media source currently available

0:00 0:03:07 0:00

ABŞ prezidenti Co Bayden sabiq prezident Donald Trampla ilk debatındakı zəif çıxışından sonra seçki yarışından çəkilməyəcəyini deyir. Amerikanın Səsi ABŞ seçiciərinin Baydenin namizədliyini davam etdirməsi haqda nə düşündüyü haqda sorğu keçirib.

Baydenin seçki kampaniyası ilk debatda zəif çıxışından sonra namizədliyini geri götürməklə bağlı çağırışlara müqavimət göstərir. Kampaniya iyul ayında təşviqata 50 milyon dollar xərcləyəcək və seçki tədbirlərində fəallığı artıdacaq.

Bayden Viskonsində seçki yarışında qalacağını deyib. Seçici Sabrina Cordan onu qələbə qazana biləcək namizəd sayır.

Viskonsinli seçici Sabrina Cordan: “O davamlı olmalıdır. Demirəm ki, sərt olmalıdır, amma sərtlik və davamlılıq arasında olmalıdır. O, bu gün etdiyi kimi, insanlara heç yerə getməyəcəyini çatdırmalıdır. Ciddi bir dəyişiklik olmadığı müddət o mənim namizədimdir.”

Amma seçici Conatan Lustaq əmin deyil.

Viskonsinli seçici Conatan Lustaq: “Görünür ki, o həmin adam deyil. Sən vaxtı geri qaytara bilməzsən. Biz cavanlaşmırıq. Sən yaşa qalib gələ bilməzsən.”

Debatdan sonra Baydenı təşviqat yürüşündə görmək Demokrat Ellis Constronun narahatlıqlarını azaltmayıb.

Minnesotalı seçici Ellis Constron: “Mən Co Baydenin seçkidə qalib gəlmək qabiliyyətinə əmin deyiləm və bu məni qorxudur.”

Trampın dəstəkçiləri üçün isə Baydenin zəif debat performansı onların prezidentin yeni müddətə uyğun olmaması ilə baxışlarını təsdiqləyir.

Kaliforniyalı seçici Lamant Pirson: “İndiyədək göstərdiyindən əlavə Co Baydenin nə deməsi mənim onun haqda fikrimi dəyişməyəcək. Tramp da həmçinin.”

Corciyalı seçici Cefri Tanarelli deyir ki, Baydenin debat performansı tam mənzərə deyil.

Corciyalı seçici Cefri Tanarelli: “Düşünürəm ki, Co Bayden çox həvəsli və çox biliklidir. Məncə, onun zəif çıxışının səbəbi yüksək gözləntilər idi. O, insanların ondan gözlədiyi səviyyədə çıxış etmədi.”

Kolumbiya Mahalından olan seçici Hanna Soboleviç yeni namizədə açıq olduğunu deyir.

Kolumbiya Mahalı seçicisi Hanna Soboleviç: “Mənim üçün aydın idi ki, Bayden əvvəlki adam deyil. Mən Baydenin yerinə irəli sürüləcək namizədə dəstək verməyə meylliyəm.”

Miçiqanlı seçici Leksis Zeydan deyir ki, Demokratlar namizədi dəyişəcəklərsə, bunu tez etməlidirlər.

Miçiqanlı seçici Leksis Zeydan: “Qarşımızdakı ay ərzində çoxlu müzakirələr aparılmalıdır ki, Demokratlar Partiyası bölünmüş seçici bazasını birləşdirmək və noyabr seçkilərində gücə çevrilmək üçün ortaya nə qoya bilərlər. Əks halda bizi Trampın prezidentliyi gözləyir.”

Baydenin vitse-prezidenti və seçki yoldaşı Kamala Harris partiyanın namizədliyi siyahısında onu əvəz edəcək ilk şəxsdir. Kaliforniyalı seçici Stefani Bauers deyir ki, bu işləməyə bilər.

Kaliforniyalı seçici Stefani Baurs: “Kamala namizəd olsa, mənim xoşuma gələr. Amma indiki dünyanı və qərəzi nəzərə alsaq, çox güman ki, Tramp Kamala üzərində Baydendən daha böyük fərqlə qələbə qazanacaq.”

Bütün tənqidlərə və çağırışlara baxmayaraq, Bayden namizəd kimi seçki tədbirlərinə davam edir. Birinci xanım Cil Bayden bu həftə üç ştatda hərbçi ailələri ilə görüşəcək. Baydenin özünün isə Texas və Nevada yürüşlərində iştirak edəcəyi gözlənilir.

Forum

XS
SM
MD
LG