Accessibility links

Vaşinqtonda NATO sammitinin açılışında Ukraynaya dəstək diqqət mərkəzindədir


Vaşinqtonda çərşənbə axşamı NATO-nun sammiti işinə başlayır. Zirvə toplantısının əsas diqqət mərkəzində Ukraynaya dəstək məsələsi olacaq.

NATO liderlərinin Ukrayna silahlı qüvvələrinə yardım göstərmək üçün hazırda ayrı-ayrı ölkələrin səylərini Ukrayna qüvvələrini təchiz etmək üçün NATO ilə əlaqələndirilmiş proqrama daxil etmək planını yekunlaşdıracaqları gözlənilir.

Bu yardım yeni sursat, hava hücumundan müdafiə vasitələri və digər yardımları əhatə edəcək şəkildə genişləndiriləcək.

Sammitdə Ukraynanın NATO-ya üzvlüyü istiqamətində də müzakirələr aparılacaq.

Çərşənbə axşamının gündəminə ABŞ dövlət katibi Antoni Blinkenin ev sahibliyi etdiyi qadınlar, sülh və təhlükəsizlik mövzusunda dəyirmi masa daxildir.

NATO-nun baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin müdafiə sənayesi liderləri və rəsmilərinin Ukraynada davam edən müharibə şəraitində müdafiə istehsalının artırılmasına dair müzakirələrin aparılacağı toplantısında çıxış edəcək.

Silah və sursat istehsalının genişləndirilməsi və yenilənməsi artıq NATO müttəfiqlərinin diqqət mərkəzindədir, onlar həm Ukrayna Silahlı Qüvvələrini dəstəkləməyə, həm də alyansı öz müdafiəsi üçün lazım olan hər şeylə təmin etməyə çalışırlar.

Prezident Co Bayden çərşənbə axşamı NATO-nun 75-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edəcək.

Bayden zirvə toplantısına iyunun sonunda debat zamanı yaşı ilə bağlı yeni narahatlıqlara səbəb olan performansından sonra kampaniyası ilə bağlı sualların yarandığı vaxt qatılır. Prezident vəzifəyə uyğun olduğunu və növbəti müddətə namizədliyini irəli sürməyə davam edəcəyini bəyan edib.

NATO müttəfiqlərinin Baydenin rəqibi, keçmiş prezident Donald Trampın vəzifədə olduğu müddətdə NATO və ABŞ-ın alyansa dəstəyini tənqid etməsi səbəbi ilə öz sualları ola bilər.

Forum

XS
SM
MD
LG