Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İsveçrə ilə ikinci sülh sammitinin keçirilməsi ilə bağlı danışıqların davam etdiyini bildirib. Zelenski bunu hindli jurnalistlərlə söhbətində deyib. O, bazar günü öz sosial şəbəkələrində söhbətin çəkiliini yayımlayıb.
Zelenski həmçinin Hindistanın baş naziri Narendra Modini Hindistanda ikinci sülh sammitinə ev sahibliyi etməsini dəstəklədiyi barədə məlumatlandırdığını bildirib. Belə ki, Kyiv Qlobal Cənub dövlətləri arasında ev sahibi ölkə tapmağa çalışır.
“Ancaq səmimiyyətlə demək istəyirəm ki, bu, təkcə Hindistana deyil, ikinci sammitin keçirilməsinə müsbət yanaşan istənilən dövlətə aiddir. Hələ birinci sülh sammitinin kommünikesinə qoşulmayan ölkədə sülh sammiti keçirə bilməyəcəyik” - deyə, Zelenski bildirib.
Ukrayna prezidenti əlavə edib ki, o, cümə günü Modi ilə görüşdə kommunikenin bütün bəndlərini və əvvəlki sülh sammitini müzakirə edib.
Forum