Accessibility links

Rusiya Ukraynaya dron və raketlərlə genişmiqyaslı hücumlar edib


Ukrayna rəsmilərinin dediyinə görə, Rusiya bazar ertəsi Ukraynaya genişmiqyaslı dron və raket hücumları edib. Nəticədə ən azı üç nəfər ölüb, bir neçə şəhərin bəzi hissələrində elektrik kəsilib.

Ukrayna Baş naziri Denis Şmıhal Telegram-da bildirib ki, Rusiyanın hücumları Ukraynanın 15 bölgəsinə təsir edib.

Şmıhal bildirib ki, Ukraynanın uzaqmənzilli raketlərə və silahları təmin edən müttəfiqlərdən Rusiyanın Ukraynaya raketləri atdığı ərazilərini vurmaq üçün icazəyə ehtiyacı var. O deyib ki, Ukrayna müttəfiqlərinin dəstəyinə arxalanır və Rusiyanı bədəl ödəməyə məcbur edəcək.

Dnipropetrovsk qubernatoru Serhiy Lısak bölgədə bir nəfərin öldüyü, bir neçə evin dağıldığı barədə məlumat verib.

Qərbdə yerləşən Lutsk şəhərində Rusiyanın hücumu nəticəsində bir nəfər ölüb, yaşayış binasına ziyan dəyib.

Zaporijye regionunun qubernatoru İvan Fedorov deyib ki, bir nəfər ölüb. Onun dediyinə görə, Rusiyanın hücumları enerji infrastrukturunu hədəf alıb.

Kyivin meri Vitali Kliçko Ukrayna paytaxtının bir neçə hissəsində elektrik və suyun kəsildiyi barədə məlumat verib.

Lvivdə rəsmilər Rusiyanın enerji obyektlərini hədəf alan hücumlarından sonra elektrikin kəsildiyini bildirib.

Poltavanın qubernatoru Filip Pronin Rusiyanın sənaye obyektini hədəf aldığını, nəticədə beş nəfərin yaralandığını bildirib.

Rusiyanın müdafiə nazirliyi bazar ertəsi Bryansk və Yaroslavl bölgələri üzərində Ukrayna dronlarını vurduğunu bildirib.

Yaroslavl qubernatoru Mixail Yevrayev deyib ki, dronlardan biri neft emalı zavoduna zərbə endirməyə çalışarkən vurulub.

Rusiyanın Saratov regionu Ukraynanın dron hücumlarının əsas hədəfi olub. Rusiya müdafiə nazirliyi dronlardan doqquzunu məhv etdiyini bildirib. Saratov rəsmiləri deyib ki, düşən qalıqlar yaşayış binasına ziyan vurub, bir nəfər yaralanıb.

Rusiyanın Belqorod regionunun qubernatoru Ukraynanın maşına dron zərbəsi nəticəsində iki nəfərin yaralandığını xəbər verib.

Müdafiə nazirliyi bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri həmçinin Kursk, Tula, Oryol və Ryazan regionları üzərində Ukrayna dronlarını vurub.

Forum

XS
SM
MD
LG