Ukrayna xarici işlər naziri Dmitro Kuleba hökumət daxilində gözlənilən dəyişiklik fonunda çərşənbə günü istefasını təqdim edib.
Parlamentin spikeri Ruslan Stefançuk Kulebanın istefa məktubunu Facebook-da paylaşıb.
Qanunvericilərin bir sıra rəsmilərin, o cümlədən baş nazirin müavini və ədliyə nazirinin istefalarını nəzərdən keçirəcəklər. Rəsmilər deyib ki, həmin vəzifələrə yeni təyinatlar cümə axşamı elan ediləcək.
2020-ci ildə xarici işlər naziri vəzifəsinə təyin olunan Kuleba Rusiyanın 2022-ci ildə başlayan hərbi müdaxiləsi boyu Ukraynanın dünyaya çağırışlarına başçılıq edib. o, müntəzəm olaraq Qərb rəsmiləri, o cümlən ötən həftə Avropa İttifaqının xarici işlər nazirləri ilə görüşərək daha çox hərbi yardıma çağırış edib.
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı gündəlik müraciətində deyib ki, Ukraynanın hökumətinin “bəzi hissəsini gücləndirməyə” ehtiyacı var və “personalla bağlı qərarlar hazırlanıb.”
“Bizim yeni səviyyədə sinxron şəkildə informasiya işi görməyimizə ehtiyacımız var, həm mədəniyyət, həm də diplomatiya baxımından. Və qlobal ukraynalı icması ilə yeni münasibət səviyyəsinə. İndi Ukraynanın hökumət institutlarına yeni güc vermək vaxtıdır və mən yardım edəcək hər kəsə minnətdaram.”
Forum