Accessibility links

Vest Virciniya ştatı davamlı olaraq Donald Trampa dəstəyini nümayiş etdirib


Vest Virciniya ştatı davamlı olaraq Donald Trampa dəstəyini nümayiş etdirib
please wait

No media source currently available

0:00 0:03:07 0:00

ABŞ paytaxtı Vaşinqtona yaxın aqrar ştat olan Vest Virciniya 20-ci əsrin böyük hissəsi Demokratlara meylli olub. Amma indi bu ştat Respublikaçıların qalasına çevrilib. Həm 2016, həm də 2020-ci il seçkilərində sabiq prezident Donald Tramp burada böyük üstünlüklə qələbə qazanıb.

Yayın son günlərində Vest Virciniyanın turist şəhəri. Ailələr məktəbin başlamasından və havaların soyumasından öncə əyləncələrə davam edirlər. Həm də seçkidə diqqətin Baydendən Harrisə keçməsi fikirlərindən yayınmaq cəhdi.

Con Linç, Vest Virciniya seçicisi: “Bu xeyli sayda qadın seçiciləri, azlıq seçiciləri cəlb edəcək. Amma əsaslı bir şey yoxdur. Onun nə platformasında, nə də tarixçəsində əsaslı bir şey var.”

Vest Virciniya davamlı olaraq sabiq prezident Donald Trampa dəstəyini ifadə edib və bu ştat onun ən ciddi qələbələrindən biri olub. Amma seçicilər bu seçkilərdən narahatdır.

Çannel Dekrua, Vest Virciniya seçicisi: “Bu məni həyəcanlandırır. Çünki səmimi desəm, mən Trampı dəstələyirəm, amma indi tərəddüddə olan hər kəs Kamalaya səs verəcək.”

Ştatın yeganə seçilmiş Demokrat rəsmisi senator Co Mançin sayəsində aqrar ştat ölkə siyasətində əhəmiyyətli oldu. İlin əvvəli Mançin Demokrat partiyasından çıxdı və siyasi fəaliyyətini müstəqil davam edəcəyini elan etdi. O, Baydenin aparıcı qanun layihələrinin keçməsində vacib rol oynayıb.

Amma Mançin bu il təqaüdə çıxır və Respublikaçılar əmindirlər ki, populyar qubernator Cim Castisin namizədliyi ilə onlar Mançinin Senatdakı yerini ələ keçirəcəklər.

Marti Girhart, Vest Virciniya Nümayəndələr Palatasının Respublikaçı üzvü: “Biz kömür çıxarırıq və kömürə hücum var idi. Qubernator Castisin kömür mədənləri var. Ona görə də ümid edirik ki, bu sənaye qorunacaq.”

Seçicilərin çoxu Vest Virciniyanın əsas sənayesi olan kömür istehsalının tənəzzülündə Demokratları təqsirləndirir. Amma ştatın demokratları partiyanın sonuncu qurultayında bu təsəvvürü dəyişməyə cəhd etdilər.

Troy Miller, Vest Virciniya Demokrat partiyasının deleqatı: “Bu birbaşa olaraq avtomatlaşdırmaya görədir. Kömür istehsalçıları avtomatlaşdırma səyəsində ilə iş yerlərini azaldır və yeraltı mədənçilikdən yerüstü mədənçiliyə keçirilər. Əvəzində isə ətraf mühitlə bağlı nizamlamaları təqsirləndirmək asan çıxş yoludur.”

Castisin Demokrat rəqibi Qlen Elliot deyir ki, ştatın Respublikaçıların nəzarətində olması buranın iqtisadiyyatı və inkişafı üçün yaxşı olmayıb.

Qlen Elliot, Demokrat Partiyasının ABŞ Senatına namizədi: “Biz indiyədək edilmədiyi yollarla kiçik biznesləri həvəsləndirməliyik. Biz gənc insanlarımızı burada saxlamalıyıq. Bizim qanunvericilik abort qadağası, LGBTQ əleyhinə qanunlar kimi sərt qanunlar qəbul edir və gənclərə mesaj göndərir ki, biz sizi burada istəmirik.”

Amma Tramp lehinə olan bu ştatda seçicilərin əksəriyyəti iqtisadi problemlərə görə Co Baydeni və Kamala Harrisi təqsirləndirir.

Con Linç, Vest Virciniya seçicisi: “Nə üçün benzinə bir dollar daha çox ödəməlisən? Nə üçün ərzağa 25 faiz daha çox ödəməlisən? Nə üçün Bayden administrasiyası dövründə iki dəfə artan ipoteka faizini istəyə bilərsən. Və onlar etdiklərindən qaçmamalıdırlar.”

Avqust ayında Vest Virciniyanın xəbər təşkilatının keçirdiyi ictimai rəy sorğusunda bu ştatda Tramp seçicilərin 27 faizi üstünlüklə Harrisdən irəlidə idi.

Forum

XS
SM
MD
LG