Accessibility links

Müsavat Partiyasının “Qafqazinfo” xəbər portalına qarşı iddiası üzrə məhkəmə olacaq


Müsavat Partiyası
Müsavat Partiyası

Sentyabrın 13-də Bakının Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə Müsavat Partiyasının “Qafqazinfo” xəbər portalına qarşı iddiası üzrə məhkəmə prosesi başlayacaq.

Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və bu partiyanın məclisinin sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər.

“Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub. Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb”, Müsavat Partiyasının məlumatında deyilir.

Bir sıra media orqanlarında, həmçinin “Qafqazinfo” xəbər portalında görüş ilə bağlı yayılan məlumat Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi rəsmi bəyanatla etiraz edib.

Müsavat Partiyası da adıçəkilən redaksiyaya ünvanladığı məktubda bildirib ki, həmin məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar yanlışdır. Müsavat Partiyası “Qafqazinfo” xəbər portalından məlumatla bağlı təkzib verilməsini tələb edib. Redaksiya təkzib vermədiyindən Müsavat Partiyası məhkəməyə müraciət edib.

Forum

XS
SM
MD
LG