Accessibility links

Ukrayna Rusiyanın 44 dronunu məhv edib


Ukraynanın şimal-şərqində rəsmilər cümə axşamı bildirib ki, Rusiyanın dron hücumu Konotop şəhərində ən azı 14 nəfərin ölümünə səbəb olub.

Rəsmilər bildirib ki, hücumda enerji və mülki infrastruktur hədəf alınıb.

Rusiya qüvvələri həmçinin Xerson regionuna dron hücumları edib. Orada rəsmilər cümə axşamı bildirib ki, Ukrayna hava hücumundan müdafiə sistemləri dörd dronu vurub.

Ukrayna ordusu bildirib ki, Rusiyanın Ukraynaya hücumlarında istifadə etdiyi 64 drondan ümumilikdə 44-nü vurub.

Dronlar Sumı və Xersondan əlavə Çerkası, Dnipropetrovsk, Xmelnitski, Kirovohrad, Kyiv, Poltava və Zaporijye regionlarının üzərində də vurulub.

Rusiyanın Müdafiə Nazirliyi cümə axşamı Belqorod regionu üzərində Ukraynanın üç, Kursk üzərində iki, Bryansk üzərində isə bir dronunu vurduğunu bildirib.

ABŞ dövlət katibi Antoni Blinken cümə axşamı ABŞ-Pola müdafiə əməkdaşlığını və Ukraynaya dəstəyi müzakirə etmək üçün rəsmilərlə görüşür.

Görüş Blinken Britaniya xarici işlər naziri Deyvid Lammi ilə birlikdə Kyivə səfəri çərçivəsində Ukraynaya 700 milyon dollardan çox yeni yardımı elan etdiyindən bir güns sonraya təsadüf edib. Yardım paketinə Rusiyanın davam edən hücumları fonunda Ukraynanın enerji və elektrik şəbəkələrini təmir etməyə kömək etmək üçün 325 milyon, 290 milyon dollar humanitar yardım və Rusiya qüvvələrinin Ukraynada buraxdıqları minaları və partlamamış hərbi sursatları təmizləmək üçün 102 milyon dollar daxildir.

“Ukraynaya dəstək davam edəcək, çünki bu, hər hansı tək bir ölkə, bir partiya və ya bir seçkidən asılı deyil”, Blinken Lammi və Ukraynanın yeni xarici işlər naziri Andrii Dıbiha ilə keçirilən birgə mətbuat konfransında deyib.

“Biz Rusiyanın Ukraynanın daxilində mülki şəxslərə, enerji infrastukturun, habelə ölkəsini müdafiə edən Ukrayna ordusuna hücumlarını davam etdirdiyini və əslində artırdığını gördük”, Blinken əlavə edib.

Lammi 780 milyon dollardan çox yardım və kredit zəmanəti elan edib. O bildirib ki, yardım paketi humanitar, enerji və yenidənqurma ehtiyaclarını qarşılayacaq. O əlavə edib ki, Birləşmiş Krallıq bu ayın sonuna qədər Ukraynaya hava hücumundan müdafiə raketləri, əlavə artilleriya sursatları və zirehli maşınların çatdırılmasını sürətləndirir.

Forum

XS
SM
MD
LG