Accessibility links

İran danışıqlara açıq olduğunu deyir, lakin ABŞ və Aİ-nin təzyiqlərini rədd edir


Abbas Araqçı
Abbas Araqçı

İranın xarici işlər naziri deyib ki, Tehran mübahisələri həll etmək üçün diplomatiyaya açıqdır, amma “təhdid və təzyiqlərə” deyil. Bu barədə dövlət mediası şənbə günü ABŞ və üç Avropa ölkəsinin ölkənin aviasiya sektoruna sanksiyalar tətbiq etməsindən sonra məlumat verib.

Abbas Araqçının sözləri Avropa İttifaqının baş diplomatının Tehranın Rusiyanı Ukraynaya qarşı müharibəsində balistik raketlərlə təmin etdiyinə dair xəbərlərdən sonra blokun İranın aviasiya sektorunu hədəf alan yeni sanksiyaları nəzərdən keçirdiyini bildirməsindən bir gün sonraya təsadüf edib.

“İran öz yolunda güclü bir şəkildə irəliləməyə davam edir, baxmayaraq ki, biz hər zaman mübahisələri həll etmək üçün danışıqlara açıq olmuşuq … amma dialoq təhdid və təzyiqə deyil, qarşılıqlı hörmətə əsaslanmalıdır,” rəsmi xəbər agentliyi IRNA Araqçıdan sitat gətirib.

Araqçı çərşənbə günü deyib ki, Tehran Rusiyaya heç bir balistik raket verməyib və ABŞ və üç Avropa ölkəsinin İrana tətbiq etdiyi sanksiyalar onlar arasındakı heç bir problemi həll etməyəcək.

Birləşmiş Ştatlar, Almaniya, Britaniya və Fransa çərşənbə axşamı İrana yeni sanksiyalar tətbiq edib ki, buna İranın milli hava yolu şikrəti Iran Air- qarşı tədbirlər daxildir.

Forum

XS
SM
MD
LG