Accessibility links

Blinken Qəzzada atəşkəs planını Qərb müttəfiqləri ilə müzakirə edib


Blinken Qəzzada atəşkəsi Qərb müttəfiqləri ilə müzakirə edib
please wait

No media source currently available

0:00 0:01:48 0:00

ABŞ dövlət katibi Antoni Blinken bu həftə Misirə səfər etdikdən sonra Qəzzada atəşkəsə dair danışıqlarda irəliləyişə nail olmaq yollarını Qərb müttəfiqləri ilə müzakirə edib. Blinken Misirə səfəri zamanı son bir ay yarım ərzində Qəzzada atəşkəslə bağlı irəliləyişin əldə olunduğunu, lakin həm İsrail, həm də HƏMAS-ın razılığa gəlmək üçün “siyasi iradə” nümayiş etdirməli olduğunu bildirib.


ABŞ dövlət katibi Antoni Blinken Livanda Hizbullah qrupunun minlərlə peycerinin partlamasından sonra regional diplomatiya səylərinin pozulması təhlükəsinin yarandığı vaxt Yaxın Şərqdə vəziyyətin gərginləşməsi riski barədə xəbərdarlıq edib.

Partlayışlarla bağlı xəbərlər ABŞ diplomatının Qəzza zolağında atəşkəsi təmin etmək və Misirlə münasibətləri yaxşılaşdırmaq səylərini artırmaq ümidi ilə yüksək səviyyəli Misir rəsmiləri ilə görüşmək üçün Qahirəyə səfəri zaman verilib.

Hizbullah militant qruplaşması İsraili çərşənbə axşamı günü Livanda peycerləri partladaraq, iki uşaq da daxil olmaqla, azı 12 nəfərin ölümü və 3000-ə yaxın adamın yaralanmasında ittiham edərək, İsraildən qisas alacağına söz verib.

İsrail partlayışlarla bağlı sualları şərh etməkdən imtina edib.

Partlayışlarla bağlı sualı cavablandıran Blinken ABŞ-ın hələ də faktları topladığını, lakin münaqişənin genişləndirilməsində heç kimin maraqlı olmadığını bildirib.

“Bütün tərəflərin münaqişəni gərginləşdirə biləcək hər hansı hərəkətlərdən çəkinməsi vacibdir”, ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Blinken bu açıqlamaları misirli həmkarı Bədr Abdelatti ilə birgə keçirdiyi mətbuat konfransında verib.

O, ABŞ-ın partlayışlara görə kimin məsuliyyət daşıdığına inandığını açıqlamayıb.

Blinken diqqətin İsrailin Livanla şimal sərhədi də daxil olmaqla, sakitliyi təmin edəcək atəşkəsin əldə edilməsinə yönəldiyini və razılaşmanın 18 bəndindən 15-nin razılaşdırıldığını bildirib.

Dövlət katibi Blinken Yaxın Şərqdə durum, Ukrayna və digər məsələləri müzakirə etmək üçün Fransa, İtaliya və Britaniyanın xarici işlər nazirləri ilə görüşmək üçün Qahirədən Parisə səfər edib.

Forum

XS
SM
MD
LG