Rusiyanın gecə Ukraynanın Krivıy Rih şəhərinə raket zərbəsi 12 yaşlı bir oğlanın və iki yaşlı qadının ölümünə səbəb olub. Bu barədə region qubernatoru Serhiy Lısak şənbə günü məlumat verib.
“Krivıy Riha yenidən dəhşətli düşmən hücumu. Gecənin yarısı, şəhər yatanda,” Lısak Telegramda yazıb.
O deyib ki, üç nəfər yaralanıb və onlar orta dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hücum zamanı ölən iki qadın 75 və 79 yaşlarında olub. Lısak həmçinin deyib ki, iki bina dağılıb, 20-dən çoxuna ziyan dəyib.
Böyük polad istehsalçısı olan Krivıy Rih Rusiyanın işöal etdiyi əraziyə yaxın yerləşir. O, tez-tez hava hücumlarına məruz qalır.
Forum