Accessibility links

Azərbaycan xarici işlər naziri BMT-nin 79-cu sessiyasında iştirak edəcək


Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfər edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

BMT-nin Baş Assambleyasının bilki sessiyasında Qəzzada və Ukraynada müharibələrin əsas diqqət mərkəzində olacağı gözlənilir.

Forum

XS
SM
MD
LG