Accessibility links

Azərbaycan və Ukrayna siyasi, iqtisadi, enerji və humanitar əməkdaşlığı müzakirə edib


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının açılışı.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının açılışı.

Sentyabrın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib ki, görüşdə iki ölkə arasında mövcud siyasi, iqtisadi, enerji, humanitar istiqamətlər üzrə əməkdaşlıq məsələləri, eləcə də regional məsələlər müzakirə edilib.

“Görüşdə hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyin dəstəklənməsi ilə bağlı göstərilən davamlı mövqenin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın Ukraynaya humanitar yardım fəaliyyəti, o cümlədən bərpa və yenidənqurma işlərinə göstərilən dəstək yüksək qiymətləndirilib.

Tərəflər iki ölkə arasında mövcud siyasi dialoqun ikitərəfli siyasi-diplomatik əlaqələrin inkişafına töhfə verən əsas amillərdən biri olaraq dəyərləndiriblər”, məlumatda qeyd edilir.

Görüşdə, eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni əməkdaşlıq imkanlarından bəhs olunub.

Xarici Işlər Nazirliyi bildirir ki, nazir Bayramov Ukrayna xarici işlər nazirini post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti barədə məlumatlandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Forum

XS
SM
MD
LG